100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan? Şəkidə musiqi məktəbində nə baş verir?
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Şəki şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinə qəbul imtahanı verən şagirdlərin valideynləri narazılıq edirlər. Buna səbəb isə məktəbə qəbulun dayandırılması haqqında məlumatın yayılmamasıdır.
"Əziyyət çəkib uşağımı oxutmuşam. Daş daşıyıb pul tökmüşəm ki, balam oxusun, sənət sahibi olsun", - narazı valideynlərdən biri söyləyib.
Məktəbin direktoru Şəmsiyyət Əsgərovanın sözlərinə görə, avqustun 4-də sözügedən məktəbə şagird qəbulunun sıfırlanması haqda məlumat elan olunub:
"İyunun 17-nə bütün ixtisaslar üzrə 1-ci sinfə qəbul üçün imtahanlar başladı. 65-70 şagird 95-100 arası bal toplayıb. İndi 100 xal toplayan uşağa necə deyim ki, qəbul olmamısan?"
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən bildirilib ki, hazırda musiqi, incəsənət məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb:
"Şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Bu mərhələ yekunlaşmadan hansı məktəbə nə qədər şagirdin qəbul olmasını demək mümkün deyil. Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdirilməklə icra olunacaq".
Ətraflı Baku TV-nin süjetində:
"100 bal yığan uşağa necə deyim ki, qəbul olmamısan?" - Şəkidə musiqi məktəbində nə baş verir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 09 Avqust 2025 06:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















