Icma.az
close
up
RU
100 dən çox dövlət resursuna kiberhücumda İran izi

100 dən çox dövlət resursuna kiberhücumda İran izi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Oktyabrın 13-də gecə saatlarında dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeni hədəfə alınıb, xeyli sayda  dövlət qurumunun, o cümlədən bir sıra nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb".

"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri, İKT üzrə mütəxəssis Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dərhal açıqlama verib:

"Açıqlamaya görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib. Görülən operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub.

İlkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur. Artıq sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi iddia olunur. Sosial mediada bəzi paylaşımlarda hücumun Türkiyədən həyata keçirildiyi iddia olunur.  Amma 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşma kimi tanınır.  Hələlik hücumun konkret olaraq haradan olduğu təsdiqlənməyib".

O qeyd edib ki, son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb:

"Bununla belə, görünür, görülən tədbirlər belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün hələ kifayət deyil. Fikrimcə, XRİTDX bu hadisə ilə bağlı daha ətraflı araşdırma və hesabat hazırlamalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı və mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır.

Eyni zamanda, dövlət qurumlarının kiber müdafiəsi, ehtiyat infrastrukturu,  bərpa mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir. Baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha da məsuliyyətlə yanaşmasını tələb edir".

Gülər 
"Cebheinfo.az

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri