Icma.az
close
up
RU
100 ildir itkin düşmüş hesab edilən Florensiyalı Kanadada gizli şəkildə saxlanılıb

100 ildir itkin düşmüş hesab edilən Florensiyalı Kanadada gizli şəkildə saxlanılıb

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Florensiyalı" adlı bu sarı almaz – bildirçin yumurtası ölçüsündə, 137 karatlıq qiymətli daş – tarixdəki ən əfsanəvi zinət daşlarından biri hesab olunur.

Qaynarinfo-nun məlumatına görə, Kanadanın "The Globe and Mail" nəşri yazır ki, Avstriyanın sonuncu imperatriçası və Macarıstan kraliçası Zita Burbon-Parmskayanın nəvələri nəhayət ictimaiyyətə açıqlayıblar: Almaz bütün bu illər ərzində təhlükəsiz şəraitdə - Kvebekdə bir anbarın seyfində saxlanılıb.

Məlumata görə, bu daşın tarixi Habsburq imperiyasının süqutu ilə sıx bağlıdır. I Dünya müharibəsində məğlubiyyətdən bir neçə gün əvvəl habsburqlar Vyanadan bir neçə qiymətli daş-qaşla birlikdə bu almazı da çıxara bilmişdilər. İndi isə almaz və digər zinət əşyaları Kanadada ictimaiyyətə təqdim ediləcək. İmperatriça Zitanın nəvələri bu addımı ailənin sığınacaq tapdığı ölkəyə təşəkkür olaraq atıblar.

"Mənim nənəmə on il sakit həyat bəxş edən bu ölkəyə minnətdarlıq əlaməti olaraq bu əşyaları burada saxlayırıq. Kanada onun üçün təhlükəsiz bir sığınacaq olub və indi də bu zinət əşyaları üçün eyni olacaq", deyə Zitanın nəvələrindən biri Lorens fon Habsburq Monrealda çıxışı zamanı bildirib.

"Florensiyalı" ilk dəfə İntibah dövrünün ən nüfuzlu ailələrindən biri – Florensiyanın hökmdarları Mediçilərin zinət kolleksiyasında qeyd olunub. Onlar daşı rəsmi portretlərdə nümayiş etdirməyi sevirdilər. 1737-ci ildə Mediçi nəslinin son kişi nümayəndəsi vəfat etdikdən sonra Toskana və onun sərvətləri Müqəddəs Roma imperatoru I Frans və həyat yoldaşı, imperatriça Mariya Tereziya – Habsburq ailəsinin üzvü – tərəfindən miras alınıb.


Ailə bu almazı şəxsi mülkiyyət kimi saxlayıb. 1918-ci ildə Avstriya-Macarıstan imperiyası dağıldıqdan sonra yeni yaranan Avstriya Respublikası Habsburqların mülkiyyətini müsadirə edən qanun qəbul edib. Lakin imperator ailəsi özəl zinət əşyalarını, o cümlədən "Florensiyalı" almazı İsveçrəyə çıxarmağa nail olub.

İmperator Karl sürgündə – Portuqaliyanın Madeyra adasında 1922-ci ildə pnevmoniyadan vəfat edib. Dul qalan imperatriça Zita övladları ilə birlikdə uzun illər Avropa boyunca köçkün həyatı yaşayıb. O, nasistlərin hakimiyyətə gəlməsinə açıq şəkildə qarşı çıxırdı ki, bu da Hitlerin qəzəbinə səbəb olmuşdu. II Dünya müharibəsi başlayanda, "Lüftvaffe" Zitanın Belçikadakı malikanəsinə hücum edib, lakin ailə artıq qaçaraq öz zinət əşyalarını kiçik bir kontrplak çamadanla aparıb.

Bir müddət ABŞ-da yaşayan Habsburqlar sonradan Kanadaya köçüblər. Katolik icmasının üstünlük təşkil etdiyi Kvebek onlar üçün ideal məkan sayılıb. O vaxtkı Kanada dövlət katibi Pyer-Fransua Kasqren ailənin Kvebekdəki rahibələrə məxsus bir evdə məskunlaşmasına kömək etmişdi.

Habsburqlar Kanadada sadə həyat sürürdülər. Zita həmişə qara geyinib, yeməklərini təvazökar şəkildə – məsələn, gənəgərçək yarpaqlarından hazırlanmış şorba ilə kifayətlənib. Buna baxmayaraq, o, müsahibələrində Kanadadakı həyatdan razılığını ifadə edib.

Bütün bu müddət ərzində ailənin zinət əşyaları Kvebekdə bir bank seyfində gizli saxlanılıb. Müharibədən sonra ailə Avropaya qayıtsa da, xəzinə Kanadada qalıb. Bu xəzinəyə təkcə məşhur almaz deyil, həm də milyonlarla dollar dəyərində qiymətli metallardan və daşlardan ibarət digər əşyalar daxildir. Onların arasında Mariya Antuanettanın taxdığı zümrüd saat və brilyantlarla bəzədilmiş "Qızıl Qoç" ordeni də var.

Zita övladlarına tapşırıb ki, bu xəzinənin yeri onun həyat yoldaşının ölümündən sonra yüz il ərzində sirr kimi saxlanılsın – yəni 2022-ci ilə qədər. Lakin yalnız indi, aradan üç il keçdikdən sonra ailə bu sirri açıqlamaq qərarına gəlib.

Hələ də almazın Kvebekdə dəqiq harada saxlandığı məlum deyil. Ancaq Habsburqların nəvələri bu əşyaların yaxın gələcəkdə Kanadada qalacağını və ictimaiyyətə təqdim olunacağını bildiriblər.

Kvebekin mədəniyyət naziri Matye Lakomb açıqlayıb ki, vilayət hökuməti Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq edir və bu qiymətli eksponatların ictimai sərgisi üçün şərait yaradılacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri