Icma.az
close
up
RU
100 manatla harda iki gün dincəlmək olar? Ən sərfəli RAYONLAR

100 manatla harda iki gün dincəlmək olar? Ən sərfəli RAYONLAR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yay mövsümündə Azərbaycanda daxili turizm canlanır, minlərlə insan istirahət üçün bölgələrə üz tutur. Lakin qiymətlərin artdığı bir dövrdə vətəndaşları ən çox düşündürən məsələlərdən biri məhdud büdcə ilə istirahətin nə dərəcədə mümkün olmasıdır. Xüsusilə 100 manat büdcə ilə iki günlük istirahət edib-etməməyin mümkün olub-olmaması bu yay ən çox müzakirə olunan mövzulardan biridir.

Maraqlıdır, Azərbaycanda 100 manat büdcə ilə hansı rayonlarda iki günlük istirahət etmək mümkündür? Bu yay  büdcə dostu olan istiqamətlər hansılardır və onları sərfəli edən əsas amillər nələrdir?

Mövzu ilə bağlı Modern.az-a danışan turizm eksperti Rəhman Quliyev bildirib ki, yay mövsümündə həm xarici ölkələrə, həm də Azərbaycanın regionlarına səyahət edənlərin sayı əhəmiyyətli dərəcədə artır. Onun sözlərinə görə, bu il əvvəlki illərlə müqayisədə Qarabağ istiqamətinə maraq daha yüksək olub.

"Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və Zəngilan istiqamətlərində turist fəallığı nəzərəçarpacaq dərəcədə artıb. Bu bölgələrə marağın yüksəlməsi daxili turizmin inkişafına da müsbət təsir göstərir".

Ekspert həmçinin vurğulayıb ki, turizm sektorunda qiymətlərin formalaşması bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. O qeyd edib ki, hotellər və digər yerləşmə obyektləri özəl sektora məxsus olduğundan qiymətlər də bazar şərtlərinə uyğun müəyyənləşdirilir:

"Bu sahədə dövlətin sahibkarlara göstərdiyi dəstək, o cümlədən vergi güzəştləri və əlverişli investisiya mühiti qiymətlərin nisbətən sabit qalmasına kömək edir. İnvestisiya mühitinin yaxşılaşdırılması regionlarda yeni otellərin, hostellərin və kotteclərin tikilməsini stimullaşdırır. Yerləşmə obyektlərinin sayı artdıqca rəqabət güclənir, bu da qiymətlərin balanslı səviyyədə qalmasına şərait yaradır".

Ekspert hesab edir ki, turizmə tələbatın artması insanların sosial rifahının yüksəldiyini göstərən amillərdən biridir:

"İnsanlar ilk növbədə gündəlik zəruri xərclərini - geyim, kommunal ödənişlər və digər əsas ehtiyaclarını qarşılayırlar. Bundan sonra isə istirahət və səyahət üçün büdcə ayırırlar. Azərbaycan vətəndaşlarının səyahət imkanlarının genişlənməsi onların sosial vəziyyətinin yaxşılaşdığını göstərir".

R.Quliyev onu da əlavə edib ki, 100 manat büdcə ilə Azərbaycanın regionlarında iki günlük istirahət etmək mümkündür. Onun sözlərinə görə, bu baxımdan ən münasib istiqamətlər sırasında Şəki, Qax və Balakən xüsusi yer tutur:

"Bu gün regionlarda yerli sakinlər evlərini turistlərə günlük 30-50 manata kirayə verirlər. Eyni zamanda, 40-50 manat qiymət aralığında fəaliyyət göstərən hostel və aşağı büdcəli kotteclər də var. Məhz buna görə 100 manat büdcə ilə Şəki, Qax və Balakən bölgəsində iki günlük istirahət planlaşdırmaq mümkündür. Təbii ki, söhbət lüks hotellərdən deyil, orta və aşağı büdcəli yerləşmə obyektlərindən gedir. Büdcə düzgün planlaşdırıldığı halda turist həm gecələmə, həm də əsas istirahət xərclərini qarşılaya bilər".

Ekspert onu da diqqətə çatdırıb ki, 3, 4 və 5 ulduzlu hotellərdən 50 manata yüksək səviyyəli xidmət gözləmək düzgün yanaşma deyil:

"Xüsusilə 4 və 5 ulduzlu hotellərdə əməkhaqlarının artması, xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması, qida təminatı, geniş menyu seçimi, yay mövsümündə otaqların soyudulması və kommunal xərclərin artması qiymətlərə birbaşa təsir göstərir. Bu səbəbdən həmin kateqoriyaya aid hotellərdə qiymətlərin 50 manatdan yuxarı olması qaçılmazdır. Lakin 3 ulduzlu və daha aşağı kateqoriyalı yerləşmə obyektlərində bir nəfərin təxminən 50 manat büdcə ilə regionlarda istirahət etməsi mümkündür". 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 İyul 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri