100 milyardlıq xəyal şəhəri : 700 min üçün nəzərdə tutulmuşdu, 9 min nəfər yaşayır
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Malayziyada təxminən 100 milyard dollar vəsait hesabına inşa edilən və 700 min nəfərlik əhali üçün nəzərdə tutulan "Forest City" layihəsi gözləntiləri doğrultmayaraq cəmi 9 min sakini olan "xəyal şəhər"ə çevrilib.
Qaynarinfo xəbər verir ki, nəhəng layihənin iflasında Çinin tətbiq etdiyi sərmayə məhdudiyyətlərinin mühüm rol oynadığı iddia edilir.
Malayziyada 700 min nəfərlik əhali üçün planlaşdırılan və böyük investisiyalarla həyata keçirilən "Forest City" layihəsi bu gün demək olar ki, boş vəziyyətdədir. Müasir və ekoloji şəhər konsepsiyası ilə təqdim olunan yaşayış məkanı, gözlənilən marağı cəlb edə bilməyib.
"Daily Mail"in məlumatına görə, Çin daşınmaz əmlak nəhəngi olan "Country Garden" tərəfindən 2016-cı ildə "Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində başladılan layihə, lüks və komfortlu həyat vədi versə də, satışlar və məskunlaşma gözlənilən səviyyəyə çatmayıb.
Dörd süni ada üzərində qurulan və 30 kvadratkilometr ərazini əhatə edən şəhər üçün nəzərdə tutulan əhali sayı 700 min olsa da, indiyədək buraya yalnız 9 min nəfər köçüb. Su parkları, qolf meydançaları, restoranlar və barlarla təchiz edilən şəhərdə 2024-cü ilin sonuna olan məlumata görə planlaşdırılan işlərin cəmi 15 faizi tamamlanıb.
Şəhərdə altı ay yaşamış informasiya texnologiyaları mühəndisi Nazmi Hanafiah yaşadıqlarını "qorxuducu” kimi təsvir edib. O, BBC-yə verdiyi açıqlamada bildirib:
"Pulumu düşünmədim, sadəcə oradan qaçmaq istəyirdim. Bura əsl xəyal şəhərdir. Geri dönəndə belə tüklərim biz-biz olur”.
Digər sakin Coann Kaur isə şəhərin atmosferini belə təsvir edib:
"Bura çox tənhasınız. Hətta gündüz vaxtı belə evdən çölə çıxanda dəhlizlər qaranlıq və ürpədici görünür”.
Məlumatlara görə, layihənin dayanmasının əsas səbəbi Çin hökumətinin 2017-ci ildə xaricə kapital axınına tətbiq etdiyi sərt məhdudiyyətlər olub. Bu qərar, xüsusilə Çin investorlarına arxalanan iri xarici layihələrə ciddi zərbə vurub.
Xəbərdə qeyd olunur ki, oxşar tərk edilmişlik mənzərəsi İngiltərənin Klitops bölgəsində yerləşən və 2016-cı ildə bağlanan "Pleasure Island" əyləncə parkında da müşahidə olunur. Parkın ərazisindəki binalar və dekorasiyalar illərdir baxımsız vəziyyətdə qalıb.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















