100 min dollar qarşılığında generalı öldürən şəxs kimdir? YENİLƏNİB
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatına görə, Özbəkistan vətəndaşı general-leytenant İqor Kirillovu qətlə yetirməkdə təqsirli bilinib.
"Unikal" xəbər verir ki, 29 yaşlı Özbəkistan vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarına işə götürülüb.
“Moskvanın Ryazanski prospektində yaşayış binasının yaxınlığında əldəqayırma partlayıcı qurğunu işə salmış, nəticədə RCBZ qoşunlarının rəisi Kirillov və onun köməkçisi mayor Polikarpov həlak olmuş. Hadisədən sonra iki nəfər saxlanılıb”, - Rusiya FSB-nin bəyanatında deyilir.
Rusiya Federasiyasının İstintaq Komitəsi məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları general-leytenant İqor Kirillovun öldürüldüyü terror aktını törədənə 100 min dollar ödəyəcəyini vəd edib.
***10:13
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisinin qətlində əli olan iki nəfər saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
"Şübhəlilərin ötən gün saxlanıldıqları qeyd edilir. Onlar artıq ifadə veriblər və cinayətin təşkilatçıları barədə müstəntiqlərə danışıblar", - məlumatda qeyd olunub.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 18 Dekabr 2024 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















