Icma.az
close
up
RU
100 min əsgər hücuma hazırlaşır

100 min əsgər hücuma hazırlaşır

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Avropa liderləri Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edərkən daha çox narahatlıq ifadə edirlər. Belə anlaşılır ki, Rusiya Ukraynaya qarşı daha genişmiqyaslı hücuma hazırlaşır.
Reyting.az
-ın məlumatına görə, “Bloomberg” anonim mənbələrə istinadla yazıb ki, Təhlükəsizlik Şurasının ötən həftə Tulonda keçirilən iclasında Donetsk vilayətində - Pokrovsk yaxınlığında rus qoşunlarının cəmlənməsi müzakirə olunub. Həmçinin, Ukrayna prezidenti Vladimir Zelenski cümə günü bildirib ki, Rusiya şəhər xaricindəki cəbhə xəttinə 100 min əsgər yerləşdirib.
Bu arada, sentyabrın 4-də Parisdə “İstəyənlər koalisiyası”nın görüşü planlaşdırılır ki, onun məqsədi Ukraynanın təhlükəsizliyinə zəmanətlər üzrə Avropa səviyyəsində danışıqları başa çatdırmaqdır. Bundan sonra Avropa liderləri ilə ABŞ prezidenti Donald Tramp arasında söhbət planlaşdırılır.
Mənbələrin sözlərinə görə, avropalılar ABŞ-nın bu zəmanətlərə töhfəsi ilə bağlı konkret öhdəlikləri qeyd etmək və Vaşinqtonu Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə sövq etmək istəyirlər. Fransızlar Trampa mesaj vermək istəyirlər ki, Avropa Ukraynanı dəstəkləmək üçün üzərinə düşəni edib və o, Kremlə təzyiqləri artırmaqla hədəsini yerinə yetirməlidir.
Parisdə keçiriləcək görüşə Hollandiya və Polşanın baş nazirləri ilə Ukrayna prezidenti Zelenskinin, Böyük Britaniya, İtaliya və Almaniya liderlərinin, eləcə də ABŞ-nın xüsusi nümayəndəsi Stiv Vitkoffun videokonfrans vasitəsilə qatılacağı gözlənilir.
Bu arada yüksək rütbəli avropalı diplomat bildirib ki, Ukraynada vəziyyətin nizamlanması üçün ötən ayın əvvəlində başlayan diplomatik səylərin sürəti səngiyib və Rusiya Ukrayna ərazisinə daha da daxil olmağa hazırlaşdığı üçün danışıqlar dalana dirənib.
Məqalədə qeyd olunur ki, Rusiyanın yorucu yay hücum kampaniyası hələ də Kreml üçün əhəmiyyətli ərazi qazancı ilə nəticələnməyib: Rusiya ordusu may ayından avqust ayına kimi cəmi 2033 kvadrat kilometr ərazini və ya Ukraynanın ümumi ərazisinin 0,3 faizini ələ keçirib.
Həmçinin qeyd edilir ki, ABŞ prezidentinin Trampın müharibəni bitirmək səyləri fonunda Rusiya hava hücumlarını gücləndirib.
Ukrayna mediası isə bildirir ki, Rusiya payızda dörd istiqamətdə güclü hücuma keçə bilər. Ukrayna Silahlı Qüvvələrinin istefada olan general-mayoru Sergey Krivonosun sözlərinə görə, Rusiya Kupyansk, Liman, Pokrovsk istiqamətlərində və ola bilsin ki, Zaporojye istiqamətində kifayət qədər güclü hücuma keçəcək.
Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin zabiti Andrey Tkaçukun sözlərinə görə, ruslar hazırda Kupyansk yaxınlığında sıçrayış üçün ehtiyatları birləşdirir. Onun fikrincə, şəhər üçün böyük təhlükə var, çünki düşmən ora çoxlu ehtiyat toplayıb.
Hərbi ekspert Pavel Narojnı deyir ki, Rusiya Federasiyası diqqəti bir istiqamətə yönəltmək istəyir və bu, cəbhənin Limandan Pokrovsk istiqamətinə qədər olan hissəsi olacaq. Bu, ruslara Luqansk və Donetsk vilayətlərinin inzibati sərhədlərinə çatmaq üçün lazımdır.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri