“100 min maşın gətirilirsə, ən azı 100 kilometr yol inşa edilməlidir”
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ölkədə olan avtomobillərin sayı avtomobil yollarına mütənasib olmalıdır. Son zamanlar təkcə Bakıda yox, digər böyük şəhərlərin mərkəzi küçələrində də tıxaclar müşahidə olunur. Bu onu göstərir ki, avtomobilin sayı ilə yollar tərs mütənasibdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
O bildirib ki, hazırda demək olar ki, hər bir ailə üzvü öz şəxsi nəqliyyat vasitəsi ilə hərəkət edir və bu tıxacları yaradan əsas faktorlardan biridir:
“Bakı şəhərinin Baş Planında məktəbli avtobuslarının təşkil olunacağı ilə bağlı müddəa var. Digər tərəfdən, təkcə mətkəblilərin yox, işləyən şəxslərin də fərdi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməsi çox zəruridir. Çünki hər kəs öz işinə şəxsi maşını ilə getməyə üstünlük verir. Təbii ki, kiminsə maşın sürməsinə, şəxsi avtomobil almasına qarışa bilmərik. Amma ən azı işə gedərkən, ailənin bütün üzvlərinin bir maşından istifadəsi mümkündür”.
Ekspert əlavə edib: “Ölkədə olan avtomobillərin sayı avtomobil yollarına mütənasib olmalıdır. Son zamanlar təkcə Bakıda yox, digər böyük şəhərlərin mərkəzi küçələrində də tıxaclar müşahidə olunur. Bu onu göstərir ki, avtomobilin sayı ilə yollar tərs mütənasibdir.
Avtomobilin sayının 1/3 ədədi qədər yol olmalıdır. Misal üçün, ölkəyə 100 min maşın gətilirsə, ən azı 100 kilometr yol inşa edilməlidir. Bu artıq sınaqdan çıxmış təcrübədir. Ona görə də belə faktorları ciddi formada nəzərə almaq mütləqdir. Əks halda, tıxacların qarşısını almaq demək olar ki, qeyri-mümkündür”.
Nazim Hacıyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Aprel 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















