“100 min sənədsiz evə çıxarışın verilməsi təmin olunacaq” Millət vəkillərindən açıqlama
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib.
Yeniavaz.com xəbər verir ki, son illərdə ölkənin fərqli bölgələrində qeydiyyatsız evlər inşa olunub.
Qeyd edə ki, bu cür evlərdə yaşayan vətəndaşların sənədsiz evlər səbəbindən bir çox hüquqi və sosial problemlərlə üzləşdiyi bildirilir.
Onu da bildirək ki, uzun illərdir evlərin qeydiyyata alınması ilə bağlı müxtəlif təşəbbüslər səslənsə də, genişmiqyaslı addımlar müşahidə olunmayıb.
Bəs 2026-cı ildə qanunsuz evlərin sənədləşdirilməsi prosesi başlayacaqmı?
Yeniavaz.com məsələ ilə bağlı millət vəkillərindən açıqlama alıb.
Milli Məclisin deputatı Vüqar Bayramov saytımıza açıqlamasında bildirdi ki, qeydiyyatsız evlərin sənədləşdirilməsi prioritet məsələlərdəndir: “Bununla bağlı artıq hökumətdə konsepsiyanın hazırlanması və tamamlanması istiqamətində işlər gedir. Rəsmi açıqlamalara əsasən, ilkin mərhələdə təxminən 100 min qeydiyyatsız evi əhatə edən konsepsiyanın qəbulu həyata keçiriləcək. Bu isə o deməkdir ki, 100 minə sənədsiz evə çıxarışın verilməsi təmin olunacaq".
Millət vəkili Vüqar Bayramov
Vüqar Bayramov həmçinin qeyd etdi ki, onların təklifləri prosesin daha tez başlaması ilə bağlıdır: “Xüsusilə, hesab edirik ki, 2026-cı ildə bu prosesə start verilməsi daha məqsədəuyğun olardı. Çünki bu, praktiki olaraq həmin evlərin sənədləşdirilməsi və mülkiyyət hüququnun tanınması ilə yanaşı, onların iqtisadi aktiv fəaliyyətə cəlb edilməsinə gətirib çıxara bilər. Bu kontekstdən yanaşdıqda, təbii ki, konsepsiyaya uyğun olaraq qeydiyyatsız evlərin daha tez sənədləşdirilməsi və bununla bağlı sənədin qəbulunu məqsədəuyğun hesab edirik. O baxımdan ümid edirik ki, 2026-cı ildə qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı yeni addımların atılmasını müşahidə edəcəyik”.Deputat Razi Nurullayev isə hesab edir ki, “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi sənədsiz tikililər məsələsinin həlli üçün mühüm fürsətdir: “İllər ərzində minlərlə ailə öz vəsaiti ilə ev tikib, lakin müxtəlif səbəblərdən sənədləşdirə bilməyib. Nəticədə bu insanlar qeydiyyat, ipoteka, kommunal xidmətlər və miras məsələlərində çətinliklərlə üzləşirlər. Biz hesab edirik ki, bu problem mövcud reallığı nəzərə alaraq həllini tapmalıdır”.
Millət vəkili Razi Nurullayev
Razi Nurullayev vurğulayıb ki, sənədləşmə yalnız texniki və təhlükəsizlik normalarına uyğun olan tikililərə şamil edilməlidir: “Sənədləşmənin təhlükəsizlik, ictimai ərazilərə, yol və kommunikasiya xətlərinə mane olmayan tikililərə şamil edilməsi gözləniləndir. Digər sənədsiz tikililərə görə isə vətəndaşa normal kompensasiyanın ödənilməsi vacibdir. Proses açıq və şəffaf aparılmalı, qaydalar ictimaiyyətə aydın izah olunmalıdır. Bizim üçün əsas məqsəd o olmalıdır ki, vətəndaş leqal sənədə daha rahat çıxış əldə etsin, şəhərlərimiz isə nizamlı və təhlükəsiz şəkildə inkişaf etsin. “Şəhərsalma və Memarlıq İli”nin əsas nəticəsi məhz bu olmalıdır”.Fəridə Əsədzadə
Bu mövzuda digər xəbərlər:Vəzifəli şəxslərin gəlirləri niyə gizli qalır? Millət vəkillərindən açıqlama
14 Oktyabr 2025 11:09
Millət vəkillərindən hökumətə: “Özəlləşdirmə çekləri problemini həll edin”
05 Noyabr 2025 10:36
İran prezidentinin dili başına bəla oldu: Millət vəkillərindən XƏBƏRDARLIQ
09 Oktyabr 2025 18:01
Bu şəxslər mənzillə təmin olunacaq Millət vəkili AÇIQLADI
14 May 2025 11:28
Bakıda 100 min manata qəbir yeri satılır Millət vəkili
24 May 2025 17:44
Baxış sayı:38
Bu xəbər 26 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















