Icma.az
close
up
RU
100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin Zahid Oruc

100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin Zahid Oruc

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda saxlanılan 23 erməni məhbusla bağlı ölkəmizdən noyabrın 4-dək məlumat tələb edir. Bəli, Strasburq hakimləri fərdləri və dövlətləri mühakimə etmir, Avropa İnsan Hüquqları Konvensiyasına sadiqliyə nəzarətə çalışır. Ölkəmizsə beynəlxalq öhdəliklərinə daim əməl edib. Lakin bizdən istənilən hesabat deyil, immunitetdir, “əsir” adı altında məhbuslara, onların əməllərinə bəraət qazandırmaq cəhdidir".

Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında bildirdi.

O, xatırlatdı ki, Avropa hüquq şəbəkəsinin, mediasının və maliyyəsinin güclü dəstəyi altında olanlardan 16 nəfəri Bakı Hərbi Məhkəməsi qarşısına çıxarılanlardır:

"Onda biz Qərb ədliyyəsindən soruşuruq: Slobodan Miloşeviçi dünyanın gözü qarşısında Hərbi Tribunalda mühakimə edənlər, 23 min şəhidimizin, 1 milyon qaçqının- köçkünün hüquqlarını pozanları, yüzlərlə şəhər və kəndimizi dağıdanları, qiymətsiz mədəni sərvətlərimizi mənimsəyənləri nədən qoruyurlar?

İşğala susanlar, cinayətlərdə günahlandırılanları qurban və qəhrəmana çevirib niyə himayə edirlər?

Diqqət edin, Ermənistan hakimiyyəti bu şəxslərin çoxunu geri istəmir. Çünki bilir ki, onlar döyüş əməliyyatları zamanı deyil, atəşkəsdən sonra terrorçuluq, qanunsuz silahlı birləşmələrdə iştirak və sərhədi pozma kimi onlarla qanunsuz əməldə suçlanırlar.

Kopenhagendə Avropa Siyasi Birliyi Vaşinqton razılaşmalarını alqışladı, lakin onun məhkəməsi hüquqi yox, siyasi qərarlar çıxarır. Sülhə ən böyük zərbəni “əsir” adı altında separatizm və terroru müdafiə etmək vurur!

Son 30 ildə Avropa Məhkəməsi yalnız Çıraqov qardaşları kimi az sayda azərbaycanlının haqlarını tanıyıb. İndi təklif edirik ki, doğma yurdlarına qayıtmaq istəyən 100 minlərlə insan evini Avropa Məhkəməsindən tələb etsin. Onda görəcəyik kim ədalətlidir".

Deputatın sözlərinə görə, Azərbaycan dövləti mühakimə olunan şəxslərə 20 sentyabra qədər reinteqrasiya və sülh təklif etdi.

"Paşinyan özü belə həmin separatçıları onu devirmək üçün İrəvana gəlməkdə ittiham edir.

Biz sülh təklif etdik, cavab terror oldu! Reinteqrasiyaya çağırdıq, silahla qarşılıq verdilər.

Bəs hansı beynəlxalq təşkilat bizim savaşımızda ədalətli hakim olub? Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınları ilə Xankəndinə silah daşıyırdılarsa, deməli, müqəddəs xaçı “öldür” deyən Eçmiədzin Katolikosluğuna qurban veriblər.

Azərbaycan dövləti hərbi əsirləri 2022-ci ilədək azad edib. Avropa məhkəmələri Abxaziya, Krım, Donetsk kimi ərazilərdə silah tətbiq edənləri “işğalçı” adlandırır, onlara sanksiya tətbiq edir. Bəs Qarabağın azadlığından niyə qorxurlar? Azərbaycan Ermənistanla sülh yolunda son maneələri aşarkən, iki Qafqaz dövl’tinin barışını istəməyən qüvvələr 30 illik işğalın simalarına azadlıq tələb edir.

Əgər Beynəlxalq Ədalət Məhkəməsi həqiqətən Nürnberq olsaydı, onda həmin şəxsləri onlara təhvil verilərdi. Lakin kim zəmanət verir ki, sabah qukasyanları, arutyunyanları azad edib yenidən üstümüzə silahla göndərməyəcəklər? Ona görə də ən ədalətli məhkəmə Vətən müharibəmiz, ən adil hakim Zəfərimizdir!", - deyə Zahid Oruc yekunlaşdırdı.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri