Icma.az
close
up
RU
​100 yaşı var, hər gün 12 saat işləyir FOTO

​100 yaşı var, hər gün 12 saat işləyir FOTO

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyada yaşı 100-ü keçmiş insanların sayı hər ötən gün artır. Onların arasında İtaliyanın Nebbiuno şəhərində yaşayan Anna Possi də var. 1958-ci ildən bu yana əksər günlərdə gündəlik olaraq 12 saat çalışan Possi yaxın zamanda işini tərk etməyi düşünmür. Onun uzun ömür yaşamasının sirri nədir?

MJetbuat.az xarivi KİV-ə istinadən xəbər verir ki, Nebbiuno İtaliyanın şimalında yerləşən və Maggiore gölünə baxan kiçik bir şəhərdir. Şəhərin mərkəzində yerləşən "Bar Centrale" isə sakinlərin ən sevdiyi məkanlardan biridir.

Anna Possi hər gün səhər saat 7-də kafesini açır və axşam saat 19-da bağlayır. İtaliyada bu saatlar kafelər üçün adi görünə bilər, amma Possi öz meslektaşlarından yaşına görə fərqlənir – o, 100 yaşında işləməyə davam edir!

Possi yaxınlarda İtaliya hökuməti tərəfindən onursal "Respublika Komandiri" nişanına layiq görülüb. Uzun illərdir yerli camaatın tanıdığı və sevdiyi tanınmış simalardan biri olaraq Nebbiuno şəhərinin simvoluna çevrilib.

"Heç vaxt istirahət etməmişəm"

Anna Possi bir neçə gün əvvəl "The Guardiana" müsahibə zamanı deyib: "Bazar günü, Pasxa, yaxud Milad bayramı fərq etməz, mən həmişə işləyirəm. Heç vaxt tətil etməmişəm". O, 1958-ci ildə "Bar Centrale" ilk dəfə qapılarını açdığı gündən bu yana iş rejimini dəyişmədiyini bildirir.

Possi həyat yoldaşı ilə açdıqları kafedə əvvəlcə espresso və kapuçino servisi ilə fəaliyyətə başladıqlarını, 1971-ci ildən isə içkilər üçün lisenziya aldıqlarını deyir. "Ən böyük dəyişiklik isə musiqi avtomatını aldığımızda yaşandı. Bar Centrale çox populyar oldu və uzaq yerlərdən belə müştərilər gəlməyə başladı. Burada rəqs edirdilər, langırt oynayırdılar. Şəhərdəki ən müasir bar bizimki idi," – deyə Possi xatırlayır.

1974-cü ildə həyat yoldaşını itirən Possi özünü həm iki övladının böyüməsinə, həm də "Bar Centrale"yə həsr edib. Onun qızı Cristina, atasının ölümündən sonra Possinin həyatına başqa birisini daxil etmədiyini, yalnız ailəsinə və işinə fokuslandığını deyir.

Possi, 1960-cı illərdən 1980-ci illərə qədər olan dövrü "Bar Centrale" üçün "ən gözəl illər" olaraq xarakterizə edir. Milanın məşhur futbolçuları Gianni Rivera və Fulvio Collovati də daxil olmaqla bir çox tanınmış şəxs kafeni daxilən ziyarət edib. Bununla belə, Possi keçmişə bağlı biri olmadığını vurğulayır.

"Yaşamağa və insanların arasında olmağa davam etmək istəyirəm"

Possinin kafesi indi müasir dövrlə də ayaqlaşır. Kafedə əvvəllər musiqi avtomatı olmuşdusa, indi onun yerində müştərilərin oxumaq üçün istifadə etdiyi böyük bir kitabxana yerləşir. Ancaq Possi ənənələrdən tamamilə uzaqlaşmayıb – bazar günləri təklif etdiyi ev dondurması xüsusi məşhurdur.

"Hər səhər kompüterimi açıb xəbərləri və maliyyə bazarlarını izləyirəm. Hər gün yeni bir şeylər öyrənib baş verənləri daha yaxşı anlamaq istəyirəm," – deyən Anna Possi müasir texnologiyadan uzaq durmadığını vurğulayır.

Bu yaxınlarda 100 yaşını qeyd edən Possi, yerli sakinlərlə yanaşı, kənardan gələn yeni müştərilərlə də tanış olmağa davam edir. "Mənimlə tanış olmaq üçün gəlirlər, çünki hələ də işlədiyimə inana bilmirlər. Gedərkən özlərini daha xoşbəxt və enerjili hiss etdiklərini deyirlər. Mən onlara nə yayıram, bilmirəm," – deyə o, zarafatla əlavə edir.

Possi uzun illər yaşamasının səbəbini daim sosial çevrədə olması ilə əlaqələndirir. "Melanxolik olmaq istəmirəm. İnsanlar arasında olmaq istəyirəm," – deyir və yaxın zamanda təqaüdə çıxmaq niyyəti olmadığını bildirir. Sağlamlığı imkan verdiyi müddətcə işləməyə davam edəcəyini deyən Possi, gənclərə "sevdikləri işi seçmələrini" tövsiyə edir.

İtaliyada yaşı 100-ü keçmiş insanların sayı hər keçən gün artır. 2023-cü ilin sonuna olan məlumatlara görə, ölkədə 100 yaşını keçən 22 min 552 nəfər var ki, onların böyük əksəriyyəti qadınlardır.

Possinin memleketində 100 yaşlı insanlar arasına daha yaşlı simalar da daxildir. Hazırda İtaliyanın ən yaşlı sakini Claudia Baccarini (114 yaş), onu isə Lucia Laura Sangenito (113 yaş) izləyir. Emma Moreno isə 117 yaşında dünyasını dəyişərək uzun müddət dünyada ən yaşlı insan ünvanını qoruyub saxlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 Dekabr 2024 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri