1000 ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2025-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) milli və xarici valyutada saxta və saxtakarlıq əlamətləri olan pul nişanlarını aşkar edərək dövriyyədən çıxarıb.
Milli.Az xəbər verir ki, qurumun illik idarəetmə hesabatına əsasən, il ərzində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı müəyyən edilib. Xarici valyutada isə 550 ədəd saxtakarlıq əlaməti olan pul nişanı aşkarlanıb. Ümumilikdə 990 ədəd pul nişanı tədavüldən çıxarılaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
Hesabata görə, əhalidə olan yararsız pul nişanlarının dəyişdirilməsi məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən nağd pul ofisləri il boyu xidmət göstərib. İl ərzində vətəndaşlardan ümumilikdə 2,63 milyon manat dəyərində (43,6 min ədəd) pul nişanı qəbul edilərək yeniləri ilə əvəz edilib.
Eyni zamanda, il ərzində dövriyyədən 4,5 milyard manat məbləğində pul nişanı mədaxil edilib, 6,6 milyard manat isə məxaric olunub. Nəticədə tədavüldə nağd pul kütləsi 12,1% artaraq 19,6 milyard manata yüksəlib.
Qeyd edilib ki, 2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat təşkil edib və bu göstərici iqtisadiyyatın nağd pul tələbatının qarşılanması baxımından yetərli hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 İyun 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















