Icma.az
close
up
RU
1000 illik günəş saatı ziyarətçilərin ixtiyarına verildi KƏŞF

1000 illik günəş saatı ziyarətçilərin ixtiyarına verildi KƏŞF

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UNESCO-nun Dünya İrsi Siyahısında yer alan Ani Arxeoloji Kompleksində aparılan qazıntılarda üzə çıxarılan təxminən 1000 illik günəş saatı yerli və xarici turistlərin ziyarətinə açılıb.

Sherg.az xəbər verir ki, 23 sivilizasiyaya ev sahibliyi edən, məscid, kilsə, katedral və digər tarixi abidələri ilə tanınan Ani, Cənubi Qafqazdan Anadoluya giriş qapısı kimi xüsusi əhəmiyyət daşıyır. 85 hektarlıq ərazidə yerləşən qədim şəhər təxminən 1500 yeraltı tikilisi ilə tarixə işıq tutur.


Qazıntılar nəticəsində üzə çıxarılan günəş saatı 2021-ci ildə böyük hamam bölgəsində aşkar edilib. Ani Ören Yeri Muzeyində 15 gün əvvəl sərgilənməyə başlayaraq, ziyarətçilərin marağına təqdim olunub.


Kars Arxeologiya və Etnografiya Muzeyinin müdir müavini Hakim Aslan bildirib ki, "100+2 Müvəqqəti Muzey Sərgiləri Layihəsi" çərçivəsində Ani Ören Yeri qazıntılarında tapılan əsərlər nümayiş etdirilir. Onun sözlərinə görə, günəş saatı ilk dəfə sərgilənir.

Aslan qeyd edib ki, bu tip günəş saatlarının ilk nümunələrinə çox qədim dövrlərdən rast gəlinir: “Xüsusilə Roma və Helenistik dövrdə bu saatlar inkişaf etmişdi, lakin Orta əsrlərdə əvvəlki qədər irəliləyiş olmadı”.


O, Anidə tapılan günəş saatının təxminən 1000 illik olduğunu vurğulayaraq əlavə edib: “Yarım dairə formasında və 12 dilimli şəkildə düzəldilib. Ortasında metal çubuq yerləşdirilərək, günəşin kölgəsi vasitəsilə saatı göstərir. Bu saat 1000 ildən sonra elmi arxeoloji qazıntılar nəticəsində tapılıb və indi ziyarətçilərə təqdim olunur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 İyun 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri