Icma.az
close
up
RU
101 minlik qızılı Azərbaycana keçirmək istədi: Cinayət işi açıldı

101 minlik qızılı Azərbaycana keçirmək istədi: Cinayət işi açıldı

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən Səbinə Sabir qızı Əliyeva, Kəmalə Məmməd qızı Məmmədova və Səbinə Ravil qızı Nəsibovanın məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Rauf Malışov ittiham aktını elan edib. Məlum olub ki, Kəmalə Məmmədova Səbinə Nəsibova və Səbinə Əliyeva vasitəsilə dəyəri 101 min manat olan 1 kiloqrama yaxın qızıl-zinət əşyalarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyib. Belə ki, "Duty Free"nin əməkdaşı Səbinə Nəsibova Kəmalə Məmmədovanın Türkiyədən gətirdiyi qızıl-zinət əşyalarını qanunsuz yolla Heydər Əliyeva adına Hava Limanının gömrük keçid məntəqəsindən keçirərək Kəmalənin özünə ötürməli olub. Ancaq alınmayıb və qızıllar Səbinənin gizlətdiyi dolabda aşkar olunub.

Kəmalə Məmmədova sərbəst ifadə verərək bildirib ki, Türkiyəyə köçmək istəyib, ancaq qayınanası ürək əməliyyatı keçirdiyindən köçə bilməyib. Ona görə, Səbinə Nəsibova vasitəsilə 896 qram qızıl-zinət əşyalarını qanunsuz yolla Türkiyədən Azərbaycana keçirmək istəyib: "Səbinə Nəsibovanı Karqo şirkətinin rəhbəri Sahil müəllim vasitəsilə tanımışam. Danışdım Səbinə ilə, o dedi ki, 25 qramdan artıq qızılı ancaq rəsmi yolla keçirmək olur. Bəyannamə yazılacaq, nə rüsum deyəcəklər, onu da mənə bildirəcək. Söylədi ki, onun da "hörmətini" ayrı edərəm. Səbinə Əliyevanı isə tanımamışam. Qızılı Türkiyədən Bakı şəhəri, Nərimanov rayonunda olan evimizi satıb almışam".

Təqsirləndirilən şəxs Kəmalə Məmmədovanın verdiyi ifadəsində ziddiyyətlər olduğundan onun ibtidai istintaqda verdiyi ifadəsi hakim tərəfindən elan olunub. Məlum olub ki, Kəmalə həmin qızıl-zinət əşyalarını İstanbul şəhərində mağazadan alıb. Qızılları isə İstanbulda mağazanın satıcısı kuryer vasitəsilə Səbinəyə göndərib.

Məhkəmə prosesi 17 dekabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, hər üç qadın barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işində zərərçəkmiş qismində Dövlət Gömrük Komitəsi tanınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri