10361... bu say ən azı iki dəfə artıq ola bilərdi!
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” – “Sabah” oyunu ən fərqli futbol zövqünə malik adamları razı saldı. 6 qol, kəskin dönüş, meydanda və ondan kənarda gərginlik... Bir sözlə, hər şey, hər şey var idi. Cari mövsümün “şah əsəri”ni izlədiyimizi də deyə bilərik. Təsadüfi deyil ki, oyundan sonra futbol ictimaiyyəti belə parlaq oyun-tamaşaya görə heyrət içindədi, iştirakçılara minnətdarlığını çatdırmağa tələsir.
Amma və lakin... Bu oyunu stadiondan izləyənlərin sayı 10361 nəfər yox, bundan ən azı iki dəfə artıq olmalıydı. Bilet satışa bir qədər tez çıxsaydı, qiymət bir qədər ucuz olsaydı, media bir qədər fəal təbliğat aparsaydı, onda “Bəhramov”un tribunaları avrokubok oyunlarını xatırladacaqdı. Hər halda, bu son deyil. İrəlidə “Qarabağ”la “Sabah” arasında növbəti duel, “Qarabağ”la “Sabah” arasındakı Azərbaycan derbisi var. Düzdü, bu gün cari mövsümün azarkeş rekordu qırıldı. Amma 10361 də son deyil. Nədənsə əminəm ki, elə bu mövsüm daha çox azarkeşin izləyəcəyi daha bir oyun görəcəyik!
ORXAN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Mart 2026 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















