“103”ün iş prosesi rəqəmsallaşdırılır
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesi rəqəmsallaşdırılır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında qurumun icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, hospitalizasiya prosesinin elektronlaşdırılması istiqamətləri üzrə genişmiqyaslı işlər həyata keçirilib.
Həmçinin bildirib ki, 103 Çağrı Mərkəzinin fəaliyyətində innovativ həllərin tətbiqi, çağırış briqadaları üçün elektron sistemin qurulması və təcili yardımın çağırılması imkanlarının genişləndirilməsi ilə bağlı işlər görülüb.
Qeyd edib ki, müvafiq yeniliklərin 2025-ci il ərzində tam tətbiq edilməsi planlaşdırılır:
“Eyni zamanda vərəm modulu, çarpayı modulu, təxliyə modulu kimi modullar hazırlanıb və 2025-ci ilin ilk aylarında tabeli tibb müəssisələrimizdə tətbiq olunacaq”.
Mina Mikayılova
Baxış sayı:80
Bu xəbər 23 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















