Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

108 ildir işləyən “Şollar” su kəmərinin başlanğıc nöqtəsi

108 ildir işləyən “Şollar” su kəmərinin başlanğıc nöqtəsi

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

108 ildir işləyən “Şollar” su kəmərinin başlanğıc nöqtəsi

20 fevral 1917-ci il. Bakı əhalisi üçün çox əlamətdar günlərdən biri. Altı ildir davam edən “Şollar-Bakı” su kəmərinin tikintisi yekunlaşıb. Mənbəyini Bakıdan 187 kilometr uzaqdan götürən tərtəmiz içməli su təyinat nöqtəsinə çatıb. Bu münasibətlə təntənəli açılış mərasimi təşkil olunub. Fevralın 20-si tarixə “Şollar-Bakı” su kəmərinin istifadəyə verildiyi gün kimi yazılıb.

AzPost bildirir ki, İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında, məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən su kəməri artıq 107 ildir Bakı əhalisini su ilə təmin edir.

  “Şollar” su kəmərinin başlanğıc nöqtəsi

“Şollar-Bakı” su kəməri Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür.

Azərtac-ın əməkdaşı su kəmərinin Şollar kəndindəki mənbəyində yerləşən Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerasında, həmçinin kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə edilən əşyalardan ibarət sərgi otağında olub, burada çalışan əməkdaşlarla kəmərin 107 illik fəaliyyəti haqqında söhbət edib.

“Şollar-Bakı” su kəmərinin mənbəyi əsrarəngiz təbii mənzərəsi ilə diqqət çəkir. Ərazi uca şam və çinar ağacları ilə əhatə olunub.

Kompleks Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çox ciddi mühafizə olunur. Əraziyə xüsusi icazə əsasında və sənədlər yoxlanıldıqdan sonra daxil olmaq mümkündür. Qeyd edək ki, hələ XX əsrin əvvəllərində tikinti işlərinin təhlükəsizliyini təmin etmək üçün ilk dəfə Su polisi məntəqəsi də bu ərazidə yaradılıb.

Xaçmaz Su Mənbələri İstismarı Sahəsinin rəisi Namik Əliyev əvvəlcə bizi Şollar-Bakı Su Qurğuları Kompleksinin suqəbuledici kamerası ilə tanış edir. Burada Şahdağın ətəyindən süzülən yeraltı çaylardan və bulaqlardan gələn tərtəmiz suyun sifon tipli 4 tunel vasitəsilə bir mərkəzdə cəmləşərək “Şollar-Bakı” su kəmərinə axmasını müşahidə etmək mümkündür.

Namik Əliyev bildirir ki, Şolların mənbəyi artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır. Birinci sifon tipli tunelə 16, ikinciyə 5, üçüncüyə isə 3 quyunun suyu daxil olur. Həmçinin dördüncü kaptaj xətti də var ki, bura lay suları və 32 bulaq qoşulur. Quyular mənbədən 2-3 kilometr şimalda “Şahdağ” silsiləsinə doğru meşəlikdə qazılıb.

“Şollar” su kəmərinin başlanğıc nöqtəsi

“Bura “Şollar-Bakı” su kəmərinin başlanğıc nöqtəsidir. Bu tunellər vasitəsilə gələn sular burada bir yerə yığılıb kəmərə tökülür. “Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir. Bunun nəticəsidir ki, kəmər H.Z.Tağıyev qəsəbəsindəki nasosxanaya qədər özaxımlıdır. Buradan su nasoslar vasitəsilə Müşfiqabad qəsəbəsinə vurulur, oradan isə özaxımlı rejimdə Bakı şəhərinə nəql olunur”, – deyə Namik Əliyev söyləyir.

Kompleksin həyətində xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılıb. Bura gələn hər kəs su kəmərinin çəkilməsində göstərdiyi əvəzsiz xidmətlərinə görə Tağıyevin xatirəsini böyük minnətdarlıq hissi və ehtiramla yad edir.

“Şollar-Bakı” su kəmərinin mənbəyində həm açıq havada, həm də sərgi otağında XX əsrin əvvəllərində kəmərin layihələndirilməsi, tikintisi və istismarı zamanı istifadə olunan əşyalar, texniki avadanlıqlar və fotolar nümayiş etdirilir.

Sahə ustası Valeh Tarıverdiyev bildirir ki, buradakı sərgi “Şollar-Bakı” su kəmərinin istifadəyə verilməsinin 100 illiyi münasibətilə yaradılıb

“Mənbəyini Şollardan götürən 187 kilometrlik su kəmərinin tikintisinə 1911-ci ildə başlanılıb. Lakin kəmərin tikintisində fasilələr yarandığından Şollar suyu Bakı əhalisinə 1917-ci ildə çatdırılıb. Bu sərgi otağında kəmərin qazıntı işləri zamanı istifadə olunan avadanlıqlar, borular, laboratoriya avadanlıqları, cihazlar var. Tikinti prosesində çəkilən nadir fotoşəkillər də burada sərgilənir. Məsələn bu fotoda hələ kəmərin çəkilişindən öncə Bakıda çəlləklərdə su satışı bazarı təsvir olunub. O həmin vaxt idi ki, Bakıda təmiz içməli su yox idi. Bu səbəbdən bir sıra xəstəliklər yayılırdı. Bu foto isə kəmərin tikintisi zamanı betonun tərkibini yoxlamaq üçün yaradılan laboratoriyada çəkilib. Möhkəm olsun deyə o vaxtı betonda istifadə olunan çınqıl əvvəlcədən yuyulub təmizlənirmiş. Baxın həmin fotodakı bir sıra cihaz və avadanlıqla indi burada qorunub saxlanılır. Bunlar hamısı tarixin bir parçasıdır”, – deyən Valeh Tarıverdiyev bir-bir şəkilləri göstərir.

Sərgidəki əşyalar və fotolarla tanış olduqca insanın gözü qarşısında su kəmərinin çəkilişi prosesi canlanır. Həmin dövrdə məhdud texniki imkanlarla, əl əməyi ilə belə bir böyük layihənin reallaşdırılması möcüzə kimi görünür.

“Şollar-Bakı”  su kəmərinin çəkilməsi zamanı Lindley tərəfindən aparılan araşdırmalar bu suyun heç bir təmizləmə əməliyyatına ehtiyacı olmadığını, filtrdən keçirmədən insanlara çatdırmağın mümkünlüyünü təsdiq etmişdi. Bu gün fiziki cəhətdən sağlam nəslin yetişməsində bu gərgin və uzun illərin əməyinin böyük rolu var. Dənizə axan yeraltı çaydan mənbəyini götürən bu suyun tərkibi təbii minerallarla zəngindir.

“Şollar” su kəmərinin layihə gücü saniyədə 1,27 kubmetrdir (sutkada 109 min kubmetr)

1917-ci ildə istifadəyə verilən kəmərlə gətirilən suyun həcmi ilk vaxtlar layihə gücünün təxminən 1/3 hissəsini təşkil edib. 1930-cu illərdə həyata keçirilən texniki tədbirlərdən – əlavə artezian quyularının qazılması, su anbarlarının tutumunun 170 min kubmetrədək, nasos stansiyalarının gücünün 3,5 dəfə artırılmasından sonra nəql olunan suyun həcmi sutkada 109 min kubmetrə çatdırılıb.

Əbədi həyat mənbəyi olan Şollar suyu hazırda Xaçmaz, Ceyranbatan və Oğuz-Qəbələdən gələn su ilə anbarlarda qarışır və paytaxta paylanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Yanvar 2025 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri