11 əyalətdə mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat
Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya 11 vilayətdə mütəşəkkil cinayətkar qruplaşma üzvlərinə qarşı əməliyyat keçirildiyini açıqlayıb.
Aydın mərkəzli Hatay, İstanbul, Bursa, Diyarbəkir, Mardin, Muğla, Antalya, İzmir, Niğde və Sinopda keçirilən əməliyyatlarda saxlanılan şübhəlilər haqqında prokurorlar araşdırmalara başlayıb. Şübhəlilər cinayət təşkilatı yaratmaqda, informasiya sistemlərindən istifadə etməklə dələduzluqda və cinayət yolu ilə əldə edilmiş əmlakın yuyulmasında ittiham olunurlar.
Əməliyyatlarda 35 şübhəli ələ keçirilib. Şübhəlilərdən 33-ü həbs edilib, biri məhkəmə nəzarətinə verilib, digərinin barəsində isə hazırda istintaq aparılır.
Bu mövzuda digər xəbərlər:Türkiyənin 6 vilayətində mütəşəkkil cinayət qruplarına qarşı əməliyyat
25 Fevral 2025 11:56
Almaniya polisi üç əyalətdə sağçı ekstremistlərə qarşı əməliyyat keçirib
16 Sentyabr 2025 23:42
SEPAH bu əyalətdə əməliyyat keçirdi: ölənlər var
23 Aprel 2026 12:23
Türkiyədə mütəşəkkil cinayət qrupuna qarşı əməliyyat:
07 Oktyabr 2025 10:37
DİN dən 11 nəfərlik mütəşəkkil qrupa qarşı ƏMƏLİYYAT
26 Oktyabr 2026 09:33
Baxış sayı:180
Bu xəbər 21 İyul 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















