11 ildən sonra “Çelsi”yə qayıda bilər
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çelsi”nin sabiq futbolçusu Filipe Luis London klubunun baş məşqçi vəzifəsinə namizədlərin sırasındadı.
"Football-plus.az" xəbər verir ki, İnsayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Çelsi” yayda braziliyalı mütəxəssisi komandanın baş məşqçisi təyin etməyi nəzərdən keçirir. Klub rəhbərliyi 40 yaşlı çalışdırıcının həm klubun daxili fəlsəfəsini bilməsini, həm də qısa müddətdə məşqçi kimi göstərdiyi inkişafı yüksək qiymətləndirir.
Filipe Luis “Çelsi”də 2014/15 mövsümündə çıxış edib. O, komanda ilə İngiltərə premyer-liqasının və Liqa Kubokunun qalibi olub. Braziliyalı mütəxəssis “Flamenqo”dan mart ayında ayrılıb və hazırda işsizdi.
Baxış sayı:102
Bu xəbər 11 May 2026 21:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















