Icma.az
close
up
RU
11 min kilometrlik səyahətin qorxunc dəyəri: Öz orqanlarını yeyirlər

11 min kilometrlik səyahətin qorxunc dəyəri: Öz orqanlarını yeyirlər

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiçik oxcüllütlər rekord qıran fasiləsiz miqrasiyalarını davam etdirmək üçün "autofagiya” adlanan bir mexanizmi işə salır. Bu proses zamanı quşlar daxili maddələr mübadiləsi sistemlərinin bir hissəsini parçalayaraq enerji ehtiyatı yaradır. Bu inanılmaz fizioloji dəyişiklik onları "ultramarafonçu havacılar”a çevirir.

Qaynarinfo xəbər verir ki, kiçik oxcüllütləri təbiətin ən dözümlü uçan canlıları kimi asanlıqla təsvir oluna bilər. Bu cəsur sahil quşları Arktikdakı çoxalma bölgələrindən Avstraliya və Yeni Zelandiyadakı qışlama yerlərinə doğru inanılmaz bir səyahətə çıxır. Qeyd olunan ən uzun fasiləsiz uçuş rekorduna sahib olan bu quşlar 11 min kilometrlik məsafəni bir həftədən çox müddətdə, yerə enmədən qət edirlər.

Bu epik miqrasiya o qədər çətin prosesdir ki, bəzi qorxulu hallar da baş verir. Məsələn, quşlar səyahəti tamamlamaq üçün bəzən sözün əsl mənasında öz bədənlərinin bəzi hissələrini "yemək” məcburiyyətində qalırlar.

Özünü yeyən maşın: autofagiya və orqanların kiçilməsi

Şimal yarımkürəsinin yayını Şimal qütbündə keçirən kiçik oxcüllütləri bu dövrdə bol qidalanır və çoxalır. Lakin sentyabrda soyuqlar düşdükdə, onlar okean üzərindən yerə enmədən cənuba doğru uçmağa başlayırlar. Bu uzun səfərdə sağ qalmaq üçün əsas şərt möhtəşəm yağ ehtiyatlarıdır.

1998-ci ildə aparılan bir elmi tədqiqat sahil içik oxcüllütlərinin (Limosa lapponica baueri) bu heyrətamiz dözümlülüyünün fizioloji sirlərini üzə çıxardı. Pasifik okeanı üzərindən yeni miqrasiyaya başlayan quşların bədənlərinin təxminən 55 faizinin yağdan ibarət olduğu müəyyən edildi ki, bu da quşlar arasında qeydə alınan ən yüksək göstəricilərdən biridir.

Tədqiqatçıları daha çox təəccübləndirən isə quşların yağ ehtiyatlarını artırarkən orqanlarında baş verən dramatik kiçilmə idi. Miqrasiya edən quşların həzm sistemi orqanları (qaraciyər, böyrəklər, bağırsaqlar və daşlıq) nəzərəçarpacaq dərəcədə kiçilir, lakin uçuş üçün həyati əhəmiyyət daşıyan döş əzələləri və ürək toxuması sağlam qalır.

Görünən odur ki, kiçik oxcüllütləri uçuş zamanı ehtiyac duymadıqları daxili orqanlarının bir hissəsini parçalayaraq "əlavə yanacaq” kimi yağ depolamaq üçün yer açırlar. Bu prosesi yunan dilində "özünü yemə” mənasını verən autofagiya adlanan hüceyrəvi mexanizmlə həyata keçirirlər. Autofagiya orqanizmin hüceyrə və toxumalarını yenidən emal etdiyi, adətən həddindən artıq aclıq və ya intensiv fiziki fəaliyyət zamanı aktivləşən həyati bir prosesdir.

Kiçilən orqanlar yenidən böyüyür

Bu inanılmaz fədakarlıqdan sonra quşlar təyinat nöqtəsinə çatdıqda kiçilmiş orqanlarını sürətlə bərpa edə bilirlər. Beləcə, dərhal qidalanmağa başlayaraq növbəti miqrasiya dövrünə hazırlaşmaq üçün fiziologiyalarını yeniləyirlər.

Sahil kiçik oxcüllütləri heyvanlar aləmində fasiləsiz miqrasiya uçuşu üzrə rekordu hələ də əllərində saxlayırlar. Son rekord 2022-ci ildə qeydə alınıb: tək bir quş Alyaska ilə Tasmaniya arasındakı 13 min 560 kilometrlik məsafəni cəmi 11 günə qət edib.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri