11 yaşlı uşağın faciəli ölümü ilə nəticələnən qəzadan YENİ XƏBƏR
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən gün Qusar-Şahdağ yolunda baş verən ağır yol qəzasında xəsarət alan ata və qızı evə buraxılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tibbi yardımlardan sonra ata və qız evə yola salınıb.
MÖVZU İLƏ BAĞLI:
Qusarda ağır qəza: Azyaşlı həyatını itirdi - ÖZƏL
Xatırladaq ki, Bakı sakini 43 yaşlı Əziz Əliyevin idarə etdiyi "Nissan Patrul" markalı avtomaşının əvvəl digər avtomobilə, sonra isə yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü Əziz Əliyevin 11 yaşlı oğlu vəfat edib, özü və qızı isə Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılmışdı.
Qəzanın ilkin olaraq dumanlı havada yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Hadisəyə səbəb olan bütün versiyaları Qusar rayon Polis Şöbəsinin istintaq bölməsinin araşdırması müəyyən edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 06 Yanvar 2025 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















