Icma.az
close
up
RU
110 milyard dollarlıq sərvəti olan milyarderlər Rusiyadan qaçıb...

110 milyard dollarlıq sərvəti olan milyarderlər Rusiyadan qaçıb...

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Onlar indi başqa ölkələri təmsil edirlər...

…Bu arada “Forbes” milyarderlərin yenilənmiş dünya reytinqində əvvəllər rus hesab edilən 24 sahibkarı digər ölkələrin nümayəndələri kimi qeyd edib.

SİA-nın məlumatına görə, belə düzəlişlər adətən iş adamlarının öz xahişi ilə edilir.

“The Moscow Times”-ın hesablamalarına görə, bu milyarderlərin ümumi sərvəti təxminən 110 milyard dollardır.

Belə ki, Alfa Group-un həmtəsisçisi Aleksey Kuzmiçev (7,5 milyard dollar) Fransadan olan milyarder, Alfa Bank-ın keçmiş prezidenti Petr Aven (4,7 milyard dollar) Latviyanı təmsil edir, İnteko investisiya və tikinti korporasiyasının təsisçisi Yelena Baturina (1,3 milyard) hazırda Böyük Britaniyadan olan biznesmendir, “Lukoyl”un keçmiş vitse-prezidenti Leonid Fedun (10,4 milyard) Monako ilə, “Akron”un səhmdarı Vyaçeslav Kantor (9,5 milyard) isə İsraillə əlaqədədir. Yandex-in həmtəsisçisi Arkadi Voloj (1,2 milyard) və Rambler Group-un keçmiş həmtəsisçisi Aleksandr Mamut (1,4 milyard) da İsraili təmsil edir.

…2025-ci il reytinqində ölkəni dəyişən milyarderlərin əksəriyyəti indi İsveçrənin nümayəndələri kimi görünür: Mixail Proxorov (10,7 milyard), Yeqor Kulkov (4,1 milyard), Vladimir və Nikolay Fartuşnyak (1,9 və 1,5 milyard), Aleksandr Mixalski (1,3 milyard), Oleq Boyko (1,5 milyard), Andrey Rappoport (1,2 milyard), Yuri Şefler (1,1 milyard)…

Digər dəyişikliklər: Andrey Melniçenko (17,4 milyard) hazırda BƏƏ, Əlişir Usmanov (16,7 milyard) Özbəkistan, Qavril Yuşvayev (1,9 milyard) İsrail, Mişel Litvak (2,5 milyard) - BƏƏ, Sergey Lomakin (1,2 milyard) - Kipr, Qleb Fetisov (1,3 milyard) - Kipr, Artem Xaçatryan (1,6 milyard) - Kipr, Dmitri Rıbolovlev (6,4 milyard) - Monako. Denis Ştenqelov (1,4 milyard) indi Avstraliya ilə bağlıdırlar.

Rusiyalı milyarderlər arasında vətəndaşlığın dəyişmə tendensiyası Ukraynada müharibə başlayandan, Rusiya pasportunun sanksiyalara görə Qərbdə biznes fəaliyyəti üçün ciddi maneəyə çevrilməsindən sonra xeyli artıb. Ən azı altı milyarder, o cümlədən Revolut-un həmtəsisçisi Nikolay Storonski, Freedom holdinqinin sahibi Timur Turlov və DST Global investisiya şirkətinin təsisçisi Yuri Milner də daxil olmaqla, Rusiya vətəndaşlığından rəsmən imtina ediblər.

Əli Babayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri