111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan VİDEOÇARX hazırlanıb
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli məktəbin nəzdində fəaliyyət göstərən “Danışıq klubu”nun rəhbəri Gülbəniz Şahbazova Su çərşənbəsi münasibətilə şagirdlərlə birgə videoçarx hazırlayıb.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində məktəbin 2ç sinif şagirdləri Su çərşənbəsinin adət-ənənələri, xalq inancları və bu günün Novruz bayramına aparan yoldakı əhəmiyyəti barədə məlumatlar səsləndiriblər. Şagirdlər milli geyimlərdə çıxış edərək suyun saflıq və yenilənmə rəmzi olduğunu vurğulayıblar, bayram əhval-ruhiyyəsini əks etdirən səhnəciklər nümayiş etdiriblər.
Hazırlanan videoçarxın məqsədi şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq, Novruz ənənələrini daha yaxından tanıtmaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olub. Video sosial şəbəkələrdə paylaşılaraq geniş auditoriyaya təqdim edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 24 Fevral 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















