Icma.az
close
up
RU
113 yaşlı anası ilə birlikdə Kəlbəcərə QAYIDIR

113 yaşlı anası ilə birlikdə Kəlbəcərə QAYIDIR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Kəlbəcər Böyük Qayıdışa hazırlaşır. Artıq şəhərə köçəcək ailələr arasında püşkatma keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib.

Məlumata görə, Kəlbəcərə ilk 81 ailə köçəcək. İlk köç önümüzdəki 20 gün ərzində baş tutacaq.

İlk köçəcəklər arasında 80 yaşlı Əli Abdullayev (Uluxanlı) də var. O, təəssüratlarını Modern.az-la bölüşüb. 

“30 il doğulduğun vətən torpağını görməmək nə deməkdir? Kim inanardı ki, yenidən o torpağa qayıda bilərik. Elə bir gün olmayıb ki, mən Kəılbəcəri yad etməmiş yuxuya getmişəm. Vətən həsrətindən böyük dərd yoxdur.  Evindən bir adam, tayfan ölür, gedir dözürsən.  Amma elliklə bir xalqın ölümünə dözmək mümkün deyil. Biri var ölüb gedəsən, bir də var ki gündə diri ikən, danışa-danışa, yaşaya yaşaya öləsən. Bu gün  bizim sevincimizin həddi-hüdudu yoxdur. Biz vətənimizə doğru istiqamət götürmüşük.  Hər kəsin öz doğulduğu məkan onun üçün cənnətdir. Onun cənnəti də, cəhənnməi də. Biz cəhənnəmi görürük.  Qaçqın olmaq nə dmeəkdir, biz bilirik.  Doğma qardaşın, bacının, qohumların birinin evinin küncünə sığılıb yaşamağın nə olduğunu yaxşı bilirik”.

Ə.Abdullayev bildirib ki, həyat yoldaşı və 113 yaşlı anası ilə birlikdə qayıdacaqlar:

“Torpaqlarımız işğaldan azad olunandan sonra  iki dəfə Kəlbəcərə getdim. Nə bizim gördüyümüz, nə də  kəlbəcərlilərim yoxdur. Mən və ailəm qayıdır. Amma mən qonşularımın kim olacağını bilmirəm. Bu yaşdan sonra dost tapmaq, qonşu tapmaq çətindir. Ətrafımızda olan sevimli qonşularımızın biri də qalmayıb. Bircə ona yanıb  tökülürəm. Elə hamımız ölsəydik, yeni nəsil gəlsəydi. O daha yaxşı olardı.  Bir-iki nəfərin ölüb getməsi, digərlərinin sağ qalanlar dözmür.  Sevinirəm ki, o torpaqlara gedirəm. Uşaqlığım, gəncliyim mənim adımı yaşadan dünyam oradadır. İkinci ona görə sevinirəm ki, gedirəm o torpaqları qucmağa, əbədi yatmağa.  Bundan böyük mənim üçün səadət, xoşbəxtlik yoxdur. Allah əsgərləimizi qorusun, həmişə müzəffər, qalib etsin. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərijmizə uzun ömür arzu edirəm.  Mən, yoldaşım və anam olacaq. Mənim 80, yoldaşımın 79, anamın isə  113 yaşı var.  Allah-təala xeyir-bərəkəti övladlarımızdan qabaq ilahi bizə qismət edib”.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyun 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri