Icma.az
close
up
RU
117 il sağlam ömür sürdü: 2 müharibə və pandemiya gördü

117 il sağlam ömür sürdü: 2 müharibə və pandemiya gördü

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun ömrünün səbəblərindən birinin yalnız sevdiyi insanları həyatında saxlamaq və zəhərli insanları uzaq tutmaq olduğunu açıqlayıb

Maria Branyas Morera iki dünya müharibəsi, iki pandemiya və bir sıra ağrıları həyatına sığdırdı, ardında isə elmin hələ də çözməyə çalışdığı sirrlərlə dolu bir ömür yaşadı. Bəs, bu fövqəladə ömrün sirri genlərindəmi, yoxsa illər boyu sürdüyü həyat vərdişlərindəmi gizlənir?

Sherg.az xəbər verir ki, 4 mart 1907-ci ildə ABŞ-nin San-Fransisko şəhərində doğulan Maria Branyas Morera, Katalan qaçqını olan bir ailənin uşağı olaraq İspaniyaya qayıtdı və uşaqlığını Barselonada keçirdi. Gənc yaşlarından musiqi və ədəbiyyata maraq göstərən Morera uğurlu bir təhsil aldı. İspaniya Vətəndaş Müharibəsi zamanı sağlamlıq sahəsində könüllü fəaliyyət göstərərək müharibənin ağrılarını birbaşa yaşadı.

Həyatı boyunca iki dünya müharibəsi və iki pandemiya yaşayan Morera hər nə baş verirsə, bütün çətinliklərə qarşı pozitivliyini və dünyaya sevgi dolu baxışını qorumağa çalışdı. Sevdiyi şəxslə evlənib 3 uşaq dünyaya gətirdi və həm öz uşaqlarının, həm də gələcək nəsillərin təhsilinə yaxından diqqət etdi. Sağlam və uzun ömür sürən Morera, yaşıdlarından fərqli olaraq, uzun ömürlü oldu. Bir əsrlik ömrü boyunca bir neçə müharibə və pandemiyaya şahidlik etsə də, həyat fəlsəfəsi 2024-cü ilə qədər “ən uzun yaşayan insan” ünvanını qazanmasına səbəb oldu.


Yaşayarkən tədqiqata alındı

1907-ci ildə doğulan və 117 il yaşayan Morera, ölümümdən yalnız bir il əvvəl Barselonadakı tədqiqatçıların təklifini qəbul edərək həyat sirrlərini paylaşıb. Tədqiqatçılar əvvəlcə onun bağırsaq mikrobiyomunu araşdırıblar. Moreranın son dərəcə sağlam bir bağırsağa sahib olduğu və hüceyrələrinin yaşından 17 yaş gənc işlədiyi ortaya çıxıb.

Uzun ömrünün səbəblərindən birinin yalnız sevdiyi insanları həyatında saxlamaq və zəhərli insanları uzaq tutmaq olduğunu açıqlayıb. Morera, uzun ömrünün sirrini belə izah edib: siqaret və alkoldan uzaq durmaq, hər gün gəzinti etmək, meyvə və tərəvəzlə zəngin qidalanmaq və gündə üç dəfə qatıq yemək.


Genetik və telomer araşdırmaları

Moreranın genetik və metabolik xüsusiyyətləri, doktor Manel Esteller və komandası tərəfindən qan, tüpürcək, sidik və nəcisdən nümunələr toplanaraq tədqiq edilib. Telomerlərinin (DNA uclarındakı qoruyucu strukturlar) çox qısa olduğu aşkarlanıb, lakin yaşa bağlı xəstəliklər müşahidə edilməyib. Dr. Esteller bildirib ki, telomer itkisi həmişə xəstəliklə əlaqəli deyil, yalnız yaşlanma ilə bağlıdır.


Pandemiyalardan sağ çıxması


Morera, 2020-ci ildə Kovid-19 pandemiyasının başlanğıcında virusa yoluxub və 2021-ci ildə sağalan ən yaşlı insan olub. O, 117 yaşında bu pandemiyanı belə qiymətləndirib:

“Həyat heç kəs üçün sonsuz deyil. Mənim yaşımda yeni il bir hədiyyədir, sadə bir qeyd, yeni bir macəra, xoşbəxt anıdır. Gəlin, həyatın dadını birlikdə çıxaraq.”

Tədqiqatlar Moreranın genomunun yaşı üçün gənc xüsusiyyətlər göstərdiyini, aşağı iltihab səviyyəsi və güclü ürək-damar sistemi olduğunu ortaya qoyub. Yaxşı xolesterol çox yüksək, pis xolesterol və trigliserid səviyyələri isə çox aşağı idi. O, Akdeniz tipli qidalanır, sosial həyatına diqqət yetirir, fiziki aktivliyini və hobbilərinə vaxt ayırırdı.

Morera 19 avqust 2024-cü ildə hər hansı bir xəstəliyə bağlı olmadan vəfat etdi. Onun 117 illik həyatı bu gün də tədqiqatçılar və insanlar üçün örnək olaraq qalır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Oktyabr 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri