Icma.az
close
up
RU
“12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə edildi

“12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə edildi

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və X.B.Natəvan adına 4 №-li kitabxana filialı narkomaniya, alkoqolizm və oyun asılılığından psixoloji müalicə “12 addım” Reabilitasiya Mərkəzinə kitablar hədiyyə etdilər.
Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova görüşdə bildirdi ki, müasir dövrümüzda əsrin bəlasına çevrilən “ağ ölüm”lə mübarizə aparmaq, sağlam gəncliyimizi və sağlam gələcəyimizi qorumaq hər bir şəxsin borcudur. Narkotik asılılığı, alkoqolizmdən əziyyət çəkənlərin sayı artır. Gəncləri bu bəladan qorumaq üçün məktəblərin, kitabxanaların üzərinə böyük məsuliyyət düşür. Maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyəti böyükdür. O, asudə vaxtın səmərəli təşkilində kitab oxumağın əhəmiyyətindən danışdı, kitab oxumağın müalicə üsulu, biblioterapiya olduğunu vurğuladı. 4 №-li kitabxana filialının müdiri Kamilə Novruzova, Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova və İradə Hüseynova mərkəzə kitablar hədiyyə etdilər.
“12 addım” Reabilitasiya Mərkəzinin rəhbəri, asılılıq uzrə mütəxəssis Əkbər Cəfərov bildirdi ki, ölkəmizdə bu istiqamətdə müxtəlif tədbirlər və “12 addım” proqramı həyata keçirilir. Sağlam və xoşbəxt həyata qayıtmaq üçün burada onlarla insanlar müalicə alır.
Psixoterapevt, parapsixoloq Əhməd Əhmədov narkotik asılılığının evdə müalicəsinin çətinliyindən danışdı və qeyd etdi ki, asılılıq zamanı həm mənəvi, həm də fiziki problemlər yaranır. Bunun üçün psixoloq və həkimlərin müalicəsi birgə aparılmalıdır.
Babək Muxtarov ali təhsilli əzcaçı olmağına baxmayaraq, əvvəllər narkotik asılılığından əziyyət çəkdiyini qeyd etdi. Yaşadığı problemlərdən çıxa bildi və başqalarına örnək oldu. O, asılılıq üzrə mütəxəssis kimi mərkəzdə müalicə alanlara sağlam və xoşbəxt həyata dönmələri üçün kömək edir.
Bu gün gənclərimizi, gələcəyimizi qorumaq üçün maarifləndirici tədbir və görüşlər keçirilməsi vacib məsələlərdəndir. Mərkəzin kollektivi bu maraqlı görüşə və mənəvi dəstəyə görə Yasamal rayon MKS-inə təşəkkürünü bildirdi. Onlar hədiyyə olunan kitablara böyük maraq göstərdilər.
“12 addım” Reabilitasiya Mərkəzinin rəhbəri Əkbər Cəfərov sağlam gələcəyimiz və sağlam gəncliyimiz üçün gördüyü işlərə görə Yasamal rayon MKS-inin Fəxri fərmanı və mərkəzin kolektivi gördüyü işlərə görə Təşəkkürnamə ilə təltif edildilər.
Görüşdə yazıçı və şairlər, qazi və veteranlar, KİV nümayəndələri, ziyalılar iştirak etdilər.

seeBaxış sayı:59
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see208

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see194

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see170

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see143

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see139

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see136

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see127

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri