12 il fərqlə iki qohum eyni çayda öldü FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniyada bir ailə 12 il ərzində eyni çayda iki yaxınını itirib. Ailə üzvləri yaşadıqları faciəni "təkrarlanan kabus" kimi təsvir edirlər.
Milli.Az xəbər verir ki, hadisə 2023-cü ilin mayında baş verib.
16 yaşlı Tayler Uilson Qərbi Yorkşirdə yerləşən Aire və Calder çaylarına girdikdən sonra suyun üzünə çıxa bilməyib. Onun soyuq su şokuna məruz qaldığı ehtimal edilir.
Taylerin babası Maykl Skott bildirib ki, nəvəsinin təhlükədə olması ilə bağlı zəng alanda yaşananların gerçək olduğuna inanmayıb. Bunun səbəbi isə ailənin daha əvvəl də oxşar faciə ilə üzləşməsi olub. Belə ki, 12 il əvvəl Mayklın qardaşı Endryu Skott da həmin ərazidə çayı keçməyə çalışarkən boğularaq həyatını itirib.
Taylerin itkin düşməsindən sonra polis, xilasedicilər və dronların iştirakı ilə geniş axtarış əməliyyatı keçirilib. Lakin təxminən 90 dəqiqə sonra ailəyə yeniyetmənin cəsədinin tapıldığı xəbəri verilib.
Maykl Skott baş verənləri xatırlayarkən bildirib ki, sanki tarix özünü təkrarlayıb və ailə ikinci dəfə eyni ağrını yaşamağa məcbur olub.
Fidan
Milli.Az
Baxış sayı:168
Bu xəbər 09 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















