12 il sonsuzluqdan sonra birdəfəyə 5 uşaq dünyaya gətirdi
Icma.az, Lent az saytına istinadən bildirir.
Afrikada bir qadın 12 illik sonsuzluqdan sonra bir dəfəyə beş uşaq dünyaya gətirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Harari bölgəsində yaşayan 35 yaşlı Bədriya Adəmin dünyaya gətirdiyi uşaqlar dörd oğlan və bir qızdır. Doğuş ixtisaslaşmış xəstəxanada qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Naif, Ammar, Münzir, Nazira və Ənsar adları verilən körpələrin hamısının vəziyyəti yaxşıdır.
Xəstəxananın baş həkiminin sözlərinə görə, ana və körpələr hələ də həkim nəzarəti altındadır. O həmçinin qeyd edib ki, Bədriya süni mayalanma (EKO) olmadan, təbii yolla hamilə qalıb. Təbii yolla beşəm hamiləlik ehtimalı təxminən 55 milyonda bir hesab olunur.
Çoxuşaqlı ana bildirib ki, hamiləlik zamanı ona dörd uşaq olacağı deyilsə də, doğuş zamanı beşinci uşaq da dünyaya gəlib.
“Mən yalnız bir uşaq üçün dua etmişdim, amma Allah mənə beş uşaq verdi”, — deyə o bildirib və sevincini sözlə ifadə edə bilmədiyini əlavə edib.
O etiraf edib ki, uzun illər ərzində psixoloji və emosional çətinliklər yaşayıb, kənd sakinləri onun ana ola biləcəyinə şübhə ilə yanaşıblar. Əri, əvvəlki nikahdan bir uşağı olsa da, onu dəstəkləyib və bir uşağın kifayət olduğunu deyib. Buna baxmayaraq, Bədriya dərin depressiya keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 08 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















