Icma.az
close
up
RU
12 min illik qətl işini açdıran kəşf: Tarixin ən qədim cinayətinin sübutu tapıldı

12 min illik qətl işini açdıran kəşf: Tarixin ən qədim cinayətinin sübutu tapıldı

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vyetnamda yerləşən bir maarada aşkar edilən 12 min illik insan skeleti, bəşər tarixinin məlum olan ən qədim qətl hadisələrindən birinə işıq sala bilər. 

Qaynarinfo xəbər verir ki, Oksford Universitetindən arxeoloq Kristofer Stimpsonun rəhbərlik etdiyi tədqiqat qrupu TBH1 kod adı verilən 35 yaşlı kişinin başqa bir insanın hücumu nəticəsində ölmüş ola biləcəyini açıqlayıb.

2017–2018-ci illərdə Tranq An dünya irsi sahəsindəki Thung Binh 1 mağarasında tapılan skeletin araşdırılması zamanı kişinin sağlam olduğu, lakin boyun nahiyəsində ağır travma izlərinin qaldığı müəyyən edilib. Məhz həmin nahiyədə kvars daşından hazırlanmış iti uclu alət aşkarlanıb. Alimlərin sözlərinə görə, bu daş bölgədə istifadə olunan alətlərdən fərqli idi və kənardan gətirilmiş ola bilər.

ABŞ-ın Təbiət Tarixi Milli Muzeyindən Benjamin Uttinq bildirib ki, tapılan daş uç bölgədəki heç bir alətlə uyğun gəlmir, bu isə onun kim tərəfindən və haradan gətirildiyi barədə suallar yaradır.

Analizlər göstərib ki, kişinin boyun sümüyü qırılmış və həmin yerdə infeksiya yaranıb. Alimlər hesab edirlər ki, o, daş uclu nizə və ya oxla boynundan yaralanıb, yaranın iltihablaşması nəticəsində günlər və ya həftələr sonra həyatını itirib.

Tədqiqatçılar bu tapıntını Cənub-Şərqi Asiyada qeydə alınmış ən qədim qətl sübutu hesab edirlər. Daha əvvəl Sudandakı Cebel Sahaba qəbiristanlığında 13 min il öncəyə aid zorakılıq izləri aşkar edilmiş, Alp dağlarında isə 5.300 il əvvəl öldürülmüş "Buz adam” Ötzi oxşar nümunə kimi qeydə alınmışdı.

Stimpson bu barədə deyib: "Travmanı yaradan alətin məzarda skeletlə birlikdə tapılması həm bu bölgə, həm də bu dövr üçün qeyri-adi bir kəşfdir".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see193

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see171

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see158

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see153

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri