Icma.az
close
up
RU
12 noyabr: “Konstitusiya inkişafımızın dayağıdır”

12 noyabr: “Konstitusiya inkişafımızın dayağıdır”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarını və xalqın iradəsini özündə əks etdirən Azərbaycan Konstitusiyasının qəbul edildiyi 12 noyabr 1995-ci ildən keçən dövr dövlətimizin və xalqımızın həyatında çox mühüm hadisələrlə zəngin olub”.

Bu sözləri Milli Məclisin deputatı Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanmış və referendum yolu ilə qəbul edilmiş ali qanunumuz dövlətçilik ideyalarının reallaşdırılması, vətəndaşların hüquq və azadlıqlarının qorunması, demokratik idarəetmə mexanizminin təkmilləşdirilməsi baxımından ali qanundur:

“Azərbaycan dövlətinin inkişafı məhz bu ali qanunun dəyərlərinə əsaslanaraq gözəl bir mərhələyə qədəm qoyub. İnsanların hüquq və azadlıqlarının, ali dəyərlərinin qorunmasının təminatçısı olan Azərbaycan Konstitusiyası bu gün ölkə vətəndaşlarına öz hüquqlarından hərtərəfli istifadə etmək imkanı yaradıb.
Azərbaycanın hər bir vətəndaşı ali qanunun normalarını, onun qarşıya qoyduğu vəzifələri əldə rəhbər tutaraq dövlət idarəçiliyində yaxından iştirak edir”.

Millət vəkili qeyd edib ki, Konstitusiya dövlətimizin inkişaf konsepsiyası, suverenliyimizin rəmzi və inkişafımızın dayağıdır:

“Azərbaycan vətəndaşı öz ali qanununa əsaslanaraq hüquqlarını dolğun yerinə yetirmək, vəzifələrini dəyərləndirmək əzmindədir. Konstitusiyamızın təsbit etdiyi və qarşıya qoyduğu vəzifələr bilavasitə milli maraqlarımızın təmin olunmasına, insanların hüquq və azadlıqlarının qorunmasına, dövlətçilik ideyalarının daha dolğun yerinə yetirilməsinə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə, demokratik təsisatların həyata keçirilməsinə yönəldilib”.

Tahir Rzayev vurğulayıb ki, məhz bu prinsipləri əldə rəhbər tutaraq Azərbaycan xalqı çox böyük uğurlar qazanıb:

“Qələbəmizin təmin olunması, ölkənin iqtisadi inkişafı, dünyada tanınmağımız, söz sahibi olmağımız, sürətli iqtisadi inkişaf və bütün nailiyyətlər Konstitusiyamızın bizə verdiyi hüquqlardır.

Azərbaycan vətəndaşı da ona verilən hüquqların, vəzifələrin yerinə yetirilməsi əzmindədir. Azərbaycanın bugünkü inkişafı göstərir ki, vətəndaşlar hər biri öz ali qanunun dəyərlərini yüksək qiymətləndirir və bu ideyalar uğrunda mübarizə aparmaqdadır. 

Sözsüz ki, hər bir xalq özünün ali qanunu ilə fəxr edir, qürur duyur. Azərbaycan xalqı da Konstitusiya Gününü yüksək səviyyədə qeyd etməklə bir daha ali qanuna və bu qanunda təsbit olunan vəzifələrə hörmət və ehtiramını nümayiş etdirir. Bayramınız mübarək olsun”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Konstitusiya Günü Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri