Icma.az
close
up
RU
12 yaşlı ın baş redaktoru: “Gün ərzində 250 300 min oxucumuz olur”

12 yaşlı ın baş redaktoru: “Gün ərzində 250 300 min oxucumuz olur”

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Oxu.az xəbər saytının 12 yaşı tamam olur.

2013-cü ildən fəaliyyətə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan, rus və türk dillərində fasiləsiz olaraq oxuculara çatdırır.

Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.

AZXEBER.COM Oxu.az-ın baş redaktoru Ülvi Səfərovdan 12 illik fəaliyyətləri ilə bağlı müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

- Ülvi bəy 12 yaşınızı təbrik edirik. 12 yaşlı Oxu.az-ın fəaliyyətini necə dəyərləndirirsiniz?

- Qısaca deməli olsam, 12 illik fəaliyyətimizi keşməkeşli adlandıraram. Çünki mediada olan adamın özünə vaxt ayırmaq və şəxsi həyat ilə bağlı ciddi şəkildə vaxt çatışmazllğı olur. Bizdə də həmçinin. Artıq 6 ildir ki, Oxu.az-dayam. 12 illik yolun tam yarısını bir yerdə qət etmişik. Bu müddət ərzində gecə-gündüz demədən çalışmışıq ki, həm Oxu.az olduğu birinci yerdə mövqeyini qoruya bilsin, həm də daha interaktiv və opetativ olaq, daha dəqiq məlumatları çatdıraq ki, oxucuların heç birində xəbərlə bağlı sual yaranmasın. O ki, qaldı son dövrlərə, artıq 2 ildir ki, redaksiyada baş redaktor kimi  fəaliyyət göstərirəm və biz artıq 3-cü redaksiyamızı açdıq. Artıq həm Azərbaycan, həm Rus, həm də Türk dillərində fəaliyyət göstəririk.

- 6 illik fəaliyyətiniz dövründə ən böyük uğurunuz hansı olub? 

- Şəxsi uğur desək, deyə bilərəm ki, Oxu.az-da səs operatoru olaraq fəaliyyətə başlamışam. Məni Oxu.az-a xəbərlərin səsləndirilməsi ilə bağlı dəvət etmişdilər. 4 illik səs operatoru fəaliyyətimdən sonra Oxu.az-ın baş redaktoru təyin olundum. İki ildir baş redaktor kimi fəaliyyət göstərirəm. Amma ümumi götürdükdə Oxu.az-ın ən böyük uğuru son bir il, il yarımda ümumi dizayn dəyişikliyi və İP-nin birdən-birə iki dəfədən çox artmasıdır. Bilirsiniz ki, xəbərlərin baxış sayı yazılı mediada bu çox vacib məqamdır. Bizdə də son il yarımda bu göstərici 250-300 min unikal IP həndəvərində dəyişir.

- Gələcək planlarınız nədir və yəni hansı layihələr nəzərdə tutursunuz?

- Gələcək layihələrdən ən birincisi sosial şəbəkə hesablarımızın aktivləşməsidir. Biz uzun müddət saytın ön planda olmasını hərəfləyirdik.

Amma artıq saytla paralel, həm də sosial şəbəkə hesablarımızın aktuallığını artırmaq istəyirik.  Fikirləşirəm ki, bir il, il yarım vaxt bizə bəs edəcək ki, artıq sosial şəbəkədə də ən çox oxunan səhifələr olsun. Bundan sonrakı hədəfimiz qlobal mediyaya çıxmaqdır. Tək Azərbaycan daxilində yox, həm də qlobalda Oxu.az-ın oxunmasını hədəfləyirik.

- Sadaladığınız uğurları qazanmaq üçün nələrdən keçdiniz?

- Tam səmimi olmaq lazımdırsa, şəxs həyatı bir kənara qoyduq və məhz peşəkar karyera ilə məşğul olduq. Bu müddət ərzində demək olar ki, günə 15-16 saat ərzində dayamadan işlədik. Bəlkə də ilk baxışda bir az inandırıcı görsənməyəcək, amma faktiki olaraq həyatımın son 5-6 ili məhz bu intervalla keçib. Günə 15-16-17 saat işləmişəm.

- Sizə gələcək fəaliyyətinizdə uğurlar.

- Biz də xoş günümüzdə bizi unutmadığınıza görə sizə Təşəkkür edirik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 İyul 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri