Icma.az
close
up
RU
“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” Video

“12 yaşlı oğluma zərbələr endirərək zorla harasa aparmağa çalışıblar” Video

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Bərdə rayonunda imtahandan qayıdan 12 yaşlı Hüseynxanlı Altay 45-50 yaşlarında iki kişi tərəfindən hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakues.az məlumat yayıb.

Altayın anası Aydan Quliyevanın sözlərinə görə, imtahana gedən oğlu 17 may saat 16:00-17:00 radələrində tanımadıqları iki kişi tərəfindən fiziki zorakılıqla üzləşib: “Oğlum imtahandan qayıdanda Cəfər Cabbarlı küçəsində dostu və sinif yoldaşı ilə görüşərək bir az vaxt keçiriblər. Dostu oğlumu evə yola salmaq üçün küçəylə bərabər gələndə eyni yaşlarda olan bir uşaq onlara sataşıb. Oğlumu və dostumu söyüb, nalayiq əl hərəkəti edib. Oğlum həmin uşağa yaxınlaşaraq söyməyinin səbəbini soruşub. Uşaq oğlumu itələyib və şillə vurub. Oğlum da cavab olaraq ona şillə vurub. Evləri yaxınlıqda yerləşən uşaq qaçaraq, atasına xəbər verib. 52 yaşlı ata təxminən 40-45 yaşlı xalası oğlu ilə “Mersedes” markalı maşınla oğlumun dalınca düşüblər. Oğlumu saxlayandan sonra onun şillə vurub-vurmadığını soruşublar. Oğlum da “Hə, əmi, vurmuşam. Biz yolu keçəndə bizi söydü, sonra isə mənə əl atdı”, - cavabını verib.

Bundan sonra həmin şəxslər maşının qapısını açaraq, uşağımı tutmaq istəyəndə qaçıb. Onlar oğlumu əvvəl maşınla, sonra isə piyada Alaçadırlı kəndinə kimi qovalayıblar. Həmin şəxslərdən qaçan oğlum bir mağazaya girib. Lakin onlar oğlumu mağazadan zorla çölə çıxarıb, belinə və başına zərbələr endiriblər. Daha sonra isə zorla harasa aparmağa çalışıblar. Lakin kəndin sakinləri uşağımı onların əllərindən almağı bacarıblar”.

Valideyn qeyd edib ki, övladı yaşadığı bu hadisədən sonra qorxu içində yaşayır. O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini də əlavə edib: “Ölkəmizdə uşaq hüquqları qorunur. Ölkəmiz dərəbəylik deyil ki, hər yoldan keçən uşaqlara psixoloji travma yaşatsın. Oğlum evə çox pis vəziyyətdə gətirildi. Yekə kişilərin azyaşlı uşağı bu hala salması nə dərəcədə doğrudur?! Əgər uşağımın səhvi varsa, üzr istəməyə hazırıq. Lakin 40-50 yaşlı kişilərin 12 yaşlı uşağa bu cür qorxu yaşatması qəbuledilməzdir. Övladım hazırda qorxuyla yaşayır, gecə yatdığı yerdə qışqırır. Xahiş edirəm ki, uşağıma bu halı yaşadanlar öz cəzasını çəksin”.

Mövzuya aid videogörüntünü təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 May 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri