Icma.az
close
up
RU
“1200 şagirdin daşınmasını böyük hay küylə təqdim etmə şoudur”

“1200 şagirdin daşınmasını böyük hay küylə təqdim etmə şoudur”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məktəb avtobuslarına ən az ehtiyacın olduğu yer Bakı şəhəridir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib. 

O, oktyabrın 1-dən başlayacaq məktəb avtobusları layihəsini şərh edib. Dördpendirli pizza

Xatırladaq ki, layihə çərçivəsində ilkin mərhələdə təxminən 1 200 uşaq əhatə olunacaq. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu, dövlət və özəl sektorun birgə təşəbbüsü kimi həyata keçirilir. 

E. Qafarovun sözlərinə görə, nazirliyin həyata keçirdiyi bütün layihələr biznes xarakterlidir:

“Şagirdlərin daşınması ilə bağlı servislərin təşkili də elə bu qəbildəndir. Çox böyük pafosla bildirirlər ki, Bakı məktəblərində 1200 şagirdin daşınması üçün avtobuslar ayrılacaq. Bu avtobusların ödənişi yarıyacan valideynlərin hesabına olacaq. 

Əvvəla Bakı məktəblərində yarım milyon şagird təhsil alır. Qanunvericiliyə görə, hər bir məktəb ilk növbədə yerləşdiyi ərazidə yaşayan şagirdləri qəbul etməlidir. Yəni eyni ərazidən yaşayan şagirdin məktəbə getməsində çətinlik yoxdur. 

Amma hazırda bağlanmış məktəblər var. Tədris ilindən 15 gün keçməsinə baxmayaraq, uşaqların bir hissəsi hələ də məktəbə gedə bilmir. Sistemdə məktəb bağlanıb, şagirdlər qonşu məktəblərə adlarını yazıb, amma sistemdə adları görünmədiyindən həmin məktəbə gedə bilmirlər. 

Belə məktəblər çoxdur. Şagird yerləşməsinin elektron qaydada təşkilinin özü, bir növ, biznes xarakteri daşıyır. Heç başadüşülən deyil! Nəyə görə hər dəfə onlayn pəncərə 2-3 aydan bir bağlanır və 10-15 gün açılır. Əgər bu onlayn sistemdirsə, həmişə açıq olmalıdır”. 

Ekspert qeyd edib ki, nazirliyə məxsus layihənin uğurlu olacağı inandırıcı görünmür:

“Məktəb avtobuslarına ən az ehtiyacın olduğu yer Bakı şəhəridir. Paytaxtda yaşayan əhalinin yaşayış səviyyəsi ilə regionlarınkı ilə eyni olmadığı üçün Bakıda valideynlər lazım olan ödənişi edə bilirlər. Bu baxımdan, 1200 şagirdin daşınmasını böyük hay-küylə təqdim etmə şoudur. Hələ bilinmir ki, bu servisin ödənişinin konkret nə qədərini valideynlər, nə qədərini isə nazirlik ödəyəcək. 

Hazırda Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan internat məktəblərinin hər birində 1, yaxud 2 avtobus var. Həmin avtobuslar yalnız ayda, ildə 1 dəfə uşaqları ekskursiyaya aparmaq üçün istifadə olunur. Düşünürəm ki, servisin təşkili üçün vəsait ayırmağa ehtiyac yoxdur. Ölkənin çox yerində valideynlər artıq ya özləri, ya da maşın tutaraq uşaqların məktəbə getməsini təşkil edir”.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri