121 mindən çox uşağın 1 ci sinfə qəbulu rəsmiləşdirildi KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-2027-ci tədris ili üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesi davam edir.
Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul çərçivəsində bu günədək 121 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Qəbul prosesi “www.mektebeqebul.edu.az” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, həmçinin “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Birinci sinfə elektron qəbul prosesi davam edir və valideynlərin müraciətləri müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbul olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 22 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















