13 cü dəfə burun əməliyyatı keçirdi Foto
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli məşhur müğənni Murat Dalkılıç səhhətindəki problemlərlə əlaqədar 13-cü dəfə burun əməliyyatı keçirib.
“Qafqazinfo” xəbər verir ki, o, əməliyyatın uğurla başa çatdığını və sağalma prosesinin başladığını bildirib.
Uzun müddətdir burun nahiyəsində yaşadığı sağlamlıq problemləri səbəbindən dəfələrlə əməliyyat olunan ifaçı növbəti dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.
M.Dalkılıç sosial media hesabında paylaşdığı açıqlamada ona göndərilən dəstək mesajlarına görə təşəkkür edib:
“Mesajlarınız üçün çox təşəkkür edirəm, cavab verə bilmədiyim üçün məni bağışlayın. Yeni sağalmağa başlayıram. Allaha şükür ki, əməliyyatım yaxşı keçdi. Həkimim dünən müsbət fikirlər söylədi, ümidliyik. İnşallah, bu problemi birdəfəlik həll edəcəyik”.
Müğənni bildirib ki, hazırda həkim nəzarəti altındadır və bərpa prosesi davam edir.
O, əməliyyatdan əvvəl qısa müddətə saxlanıldığını, daha sonra isə planlaşdırılmış əməliyyata alındığını açıqlayıb. Bu səbəbdən ictimaiyyətə vaxtında məlumat verə bilmədiyini qeyd edib.
M.Dalkılıç, həmçinin test nəticəsinin mənfi olduğunu və bu barədə bəzi media orqanlarında məlumat yayımlandığını bildirib.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 04 Mart 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















