13 əsgəri öldürən Malikin edamı canlı yayımlanacaq
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pentaqon 2009-cu ildə 13 hərbçini öldürən keçmiş ABŞ əsgəri Nidal Malik Həsənin edamını canlı yayımlayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset məlumat verib.
"Biz bunu elə edəcəyik ki, insanlar bunu görə bilsinlər, hər şey ictimaiyyətə açıq olsun", - deyə o, bildirib.
Pentaqon daha sonra aydınlaşdırıb ki, söhbət edamın onlayn yayımından gedir.
Həsənin edamı 3 dekabra planlaşdırılıb və ABŞ-də 65 ildən sonra ilk hərbi edam olacaq. Hərbi məhkəmə onu 2009-cu ildə Texasdakı hərbi bazada baş verən atışma zamanı 13 nəfəri öldürməkdə və 32 nəfəri yaralamaqda günahkar bilib.
O dövrdə Həsən ABŞ ordusunda mayor rütbəsində psixiatr idi. 5 noyabr 2009-cu ildə o, əsgərlərin peyvənd və tibbi müayinələri gözləyən tibb mərkəzində atəş açıb. Daha sonra o, hərəkətlərini onların Əfqanıstana gedib müsəlmanları öldürməsinin qarşısını almaq istəyi ilə izah edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 09 Oktyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















