13 marşrutun yolu dəyişdirilir
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sentyabrın 5-də Bakıda keçiriləcək İRONMAN70.3 yarışı ilə əlaqədar paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə əsasən, 13 müntəzəm marşrutun (5, 6, 53, 72, 88, 120A, 125, 149, 149E, 164, 195, 205 və E1 nömrəli) hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Axşam.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 72, 120A, 125, 149, 149E, 205, E1 nömrəli marşrutların "Azneft dairəsi" istiqamətində hərəkəti Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu – İpək yolu – Mikayıl Müşfiq küçəsi – Nəriman Nərimanov prospekti – Mehdi Hüseyn küçəsi – Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi – Niyazi küçəsi ilə təşkil ediləcək.
Eyni zamanda, Dənizkənarı küçəsində Su İdmanı Sarayı, Bakı Kristal Zalı və Dövlət Bayrağı Meydanı qarşısında yerləşən dayanacaq məntəqələri tədbirin keçiriləcəyə əraziyə daxil olduğundan 5, 6, 53 və 88 nömrəli müntəzəm marşrutlar bu dayanacaqlara daxil olmadan fəaliyyət göstərəcək.
Baxış sayı:44
Bu xəbər 04 Sentyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















