Icma.az
close
up
RU
13 yaşlı uşaq ana olubsa, deməli o kənddə… Ekspert

13 yaşlı uşaq ana olubsa, deməli o kənddə… Ekspert

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əgər bir cəmiyyətdə 13 yaşlı uşaq ana olursa, bu artıq fərdi yox, sistematik fəlakətin göstəricisidir. Bu, təkcə bir ailənin, bir qız uşağının faciəsi deyil — bu, bütöv bir toplumun susqunluğunun, laqeydliyinin, vicdan iflasının nəticəsidir. 13 yaş — təhsilin ortasında olan, hələ oyuncaqdan, nağıldan ayrılmamış bir insanın yaşıdır. Bu yaşda uşağın əlində qələm, çantasında kitab, ürəyində arzu olmalıdır — uşaq bezi, südlə dolu butulka, qorxu və travma yox.

Tribunainfo.az xəbər verir ki, bu fikirkərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. O bildirib ki, belə bir hadisə baş veribsə, deməli o kənddə, rayonda, ətraf mühitdə “böyüklər” deyilən anlayış tamamilə iflasa uğrayıb:

“Ata yox, ana yox, müəllim yox, qonşu yox, məktəb yox. Bu qədər çox yox varsa, o bir var – bu uşaq – təkbaşına nə etsin?

13 yaşlı bir qızın ana olması onun günahı deyil. Bu, onun ətrafında olanların günahıdır. Bu, hüquq sisteminin, təhsil sisteminin, sosial institutların və bütövlükdə cəmiyyətin susmasının nəticəsidir. O uşaq nəinki ana olmaq üçün hazır deyil, o hələ həyatın nə olduğunu belə dərk etmir.

Əgər belə bir faciə baş verirsə və biz sadəcə xəbəri oxuyub keçiriksə, deməli sabah eyni hadisə başqa bir ünvanı tapacaq. Biz bir cəmiyyət olaraq buna dur deməsək, bir gün hər evin qapısı döyülə bilər.

13 yaşında ana olan bir uşaq deyil, 13 yaşında uşağı ana edən bir toplum suçludur. Və bu toplum əgər susmağa davam edərsə, bir gün o susqunluğun səsi bütün vicdanları kar edəcək”.

Nigar İxtiyarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:302
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 27 Mart 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri