Icma.az
close
up
RU
134 milyon dollarlıq qərar: Tramp ordunu dinc etirazlara göndərdi

134 milyon dollarlıq qərar: Tramp ordunu dinc etirazlara göndərdi

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yüzlərlə dəniz piyadası Los-Anceles bölgəsinə yerləşdirilib. Tramp eyni zamanda 4 min Milli Qvardiya əsgərini də şəhərə göndərib. Lakin Kaliforniya ştatının qubernatoru Qavin Nyusom bu addımı “siyasi motivli” adlandıraraq narazılığını bildirib.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, hazırda təxminən 700 dəniz piyadası müəyyən ərazilərə göndərilmək üçün gözləmə vəziyyətindədir. Hərbçilərin həbs səlahiyyəti yoxdur, onlar yalnız əmlak və personalı qorumaq məqsədilə yerləşdiriliblər.

Los-Ancelesdə təxminən 2100 Milli Qvardiya əsgəri artıq yerləşdirilib, digərləri isə yoldadır. Müdafiə Nazirliyindən bildirilib ki, bu yerləşdirmələrin ümumi xərci 134 milyon dollar civarındadır. Pentaqonda müvəqqəti nəzarətçi funksiyasını yerinə yetirən Brin MakDonnell xərclərin əsgərlərin nəqliyyatı, yerləşdirilməsi və qidalanmasını əhatə etdiyini deyib.

Kaliforniya qubernatoru Nyusom bu qərara kəskin etiraz edərək “X” platformasında yazıb:

“Veteranlara ərzaq və ev yardımı edə biləcəkləri halda bu əsgərləri alətə çevirmək Tramp administrasiyası üçün utancvericidir”.

Los-Anceles meri Karen Bass isə mətbuat konfransında bildirib ki, qarışıqlıqlar əsasən şəhərin mərkəzindəki bir neçə küçə ilə məhdudlaşıb. Onun sözlərinə görə, aksiyaların əksəriyyəti dinc şəkildə keçirilsə də, bəzi təxribatçılar zorakılıq və qarətə yol verib. O bildirib ki, bu şəxslər qanunun tam sərtliyi ilə cəzalandırılacaq.

“Trampa zəng vuracağam. Ona demək istəyirəm ki, bu reydlərə son qoysun. Los-Anceles miqrantlar şəhəridir,” – deyə Bass qeyd edib.

Tramp isə etirazları “zorakı işğal” kimi təsvir edərək hərbi qüvvələrin yerləşdirilməsini “əsaslı” adlandırıb. Tramp əlavə edib ki, təhlükə aradan qalxana qədər qvardiya əsgərləri şəhərdə qalacaq.

Xatırladaq ki, Los-Ancelesdə etiraz aksiyaları Donald Trampın miqrantlara qarşı reydlər səbəbindən keçirilir. Etirazlar əsasən dinc olsa da, bəzi hallarda polisə qarşı daş və digər əşyalar atılıb, avtomobillər yandırılıb, yollar bağlanıb. Polis səs bombası və gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar zamanı 100-dən çox iştirakçı həbs edilib.

Aysel Əliyeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 İyun 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see317

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see247

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see225

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see183

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see163

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see163

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see140

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri