14 il əvvəl öldürülən körpənin qatili TUTULDU
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
ABŞ-nin Texas ştatında 14 il əvvəl baş verən uşaq qətli ilə bağlı əsas şübhəli şəxs həbs edilib.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
2012-ci il iyulun 19-da 16 aylıq Şon Makkloski ağır küt alətlə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Şonu anası evdə aşkarlayıb. Hadisə zamanı uşağa anasının sevgilisi Erik Conson nəzarət etməli olub. Həkimlər uşağın cinayət nəticəsində öldüyünü müəyyən ediblər.
Conson istintaqın ilk mərhələsində əsas şübhəlilərdən biri olub. Lakin həmin vaxt onun həbs edilməsi üçün kifayət qədər sübut əldə edilməyib.
Texas Baş Prokurorluğunun Soyuq İşlər Bölməsi avqustun 3-də Consonun yenidən əsas şübhəli kimi müəyyən edildiyini açıqlayıb. Müstəntiqlərin may ayında qətlin üstünün açılmasına kömək edən yeni məlumat əldə etdiyi bildirilib.
Conson La Port şəhərində həbs edilib. Onun barəsində rəsmi ittiham irəli sürülüb-sürülmədiyi hələlik açıqlanmayıb.
Texas Baş Prokuroru Ken Pakston isə işin artıq həll edildiyini bildirib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Avqust 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















