Icma.az
close
up
RU
14 il sonra gözlənilməz həmlə: Qanlı döyüşlər başladı, hədəf o şəxdir

14 il sonra gözlənilməz həmlə: Qanlı döyüşlər başladı, hədəf o şəxdir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gürcüstanda keçirilən parlament seçkilərindən öncə və sonra artan gərginliyin sadəcə Cənubi Qafqaza deyil, digər yaxın regionlara da təsir etdiyi bildirilir. Hakim Gürcü Arzusu Partiyasının seçkilərdə qalib gəlməsindən sonra Baş nazir İrakli Kobaxidzenin ölkənin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının ertlənməsi ilə bağlı qərarı vəziyyəti daha da qəlizləşdirdi. Avrointeqrasiya tərəfdarı olan minlələr vətəndaş hökumət əleyhinə aksiyalara başladı.

Paralel olaraq İsrail və Livanın “Hizbullah” qruplaşması arasında əldə edilən atəşkəs razılaşmasından sonra Yaxın Şərqdə gərginliyin azalacağı gözlənilirdi. Lakin Suriyada başlayan qarşıdurma, müxalif qüvvələrin ölkə daxilində sürətlə irəliləməsi regionda narahatlığı artırdı. Bəzi ekspertlərin fikrincə, Tbilisidə gedən proseslər bütün ətraf regionlardakı vəziyyətə təsir edir.

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, Suriyada baş verən hadisələr növbəti dəfə diqqəti Yaxın Şərqə yönəltdi:

“İsraillə Livan arasında aparılan danışıqlar və əldə edilən ilkin razılaşma siyasi dairələrdə müəyyən dərəcədə ümid yaratmışdı. Qanlı döyüşlərin başa çatması gözləndiyi bir zamanda qonşu ölkədə uzun müddət davam edən atəşkəsin yenidən pozulması sülh istiqamətində bütün arzuları alt-üst etdi. Yaxın Şərq yenidən qızğın döyüşlərin episentrinə çevrildi.

Politoloqların fikrincə, buradakı vəziyyət Rusiya və İranın Suriyada apardıqları siyasətlə bağlıdır. Məlum olduğu kimi, 2010-cu ildə “Ərəb baharı” Suriya Prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi ilə nəticələnmədi. Məhz Moskva ilə Tehranın dəstəyi onun hakimiyyətdə qalmasını təmin etdi. Əsəd qaldı, amma bu ölkədə müharibə bitmədi, sadəcə qarşısı alındı. Yəni Suriyada hakimiyyət dəyişikliyinə nail olmaq istəyənlər və buna çalışanlar daha ciddi məsələlərlə məşğul olmaq üçün döyüş səhnəsini müvəqqəti tərk etdilər”.


Əlimusa İbrahimov

Politoloqun sözlərinə görə, müəyyən müddət keçdikdən sonra Suriyada yarımçıq qalmış missiyanın sona çatdırılmasına çalışılır:

“Bu missiya Rusiya və İranın Suriyadan tamamilə sıxışdırılıb çıxarılması və Bəşər Əsədin daha uyğun bir şəxslə əvəz olunmasından ibarətdir. Vəziyyətə diqqətlə nəzər yetirdikdə son hadisələrin məhz Moskva ilə Tehranın zəifləməsindən istifadə edilərək baş verdiyi görünür. Deməli bu dəfə maraqlı dövlətlər sona qədər istədiklərinə nail olmaq üçün mübarizə aparcaqlar”.

Ə.İbrahimovun sözlərinə görə, Gürcüstanda da vəziyyət oxşar istiqamətdə inkişaf edir:

“Burada da Rusiyanın ölkədən çıxarılması istiqamətində qızğın mübarizə gedir. Müxalifət qüvvələri xaricdən Aİ ilə ABŞ-dan verilən təlimatlar və maliyyə yardımı sayəsində rusmeyilli hesab olunan iqtidarı devirmək uğrunda ölüm-dirim müharibəsinə girişiblər. Tbilisidə hökumətin güclü müqaviməti ilə üzləşən nümayişlər keçirilir. Qarşıdurmanın nəticəsi ölkənin gələcək taleyini müəyyən etməlidir. Ona görə də tərəflərdən heç biri geri çəkilmək fikrində deyil.

Uduzan tərəf siyasi səhnəni uzun müddətə tərk etməlidir. Məhz buna görə tərəflərdən hər hansı birinin nəticə əldə etmədən geri çəkilməsini gözləmək sadəlövhlük olardı”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri