İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri (IDF) terror təhlükəsi riskini aradan qaldırmaq üçün Qəzza zolağına hədəfli zərbə endirib.
Moderator.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri öz "Telegram" kanalında məlumat yayıb.
“Bir müddət əvvəl IDF Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat bölgəsində dəqiq zərbə endirərək, İsrail hərbçilərinə qarşı dərhal terror aktı planlaşdıran terror təşkilatının üzvünü zərərsizləşdirdi”, – deyə açıqlamada bildirilir.
Eyni zamanda vurğulanıb ki, İsrail daha əvvəl əldə olunmuş atəşkəs rejiminə riayət etməyə davam edir.
Oktyabrın 23-də ABŞ Prezidenti Donald Tramp "Time" jurnalına verdiyi müsahibədə Qəzzaya səfərini elan edib və İsrailə İordan çayının qərb sahilinin mümkün anneksiyası ilə bağlı xəbərdarlıq edib. Tramp qeyd edib ki, onun prezidentliyi dövründə Yaxın Şərq heç vaxt bu qədər birlik içində olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 25 Oktyabr 2025 23:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















