Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

“14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi” Açıqlama

“14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi” Açıqlama

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb”.

Bu iddia ilə “Qafqazinfo”ya Neftçala rayon sakini Gülmira Zeynalova müraciət edib.

O deyir ki, çıxarılmasına səbəb kimi işə gəlməməsi göstərilib: “Əslində Şorkənd Neftçalanın ən ucqar kəndidir, yolu çox uzaqdır, təxminən 2 saata ora çatıram. Amma bununla belə hər gün işə gedirəm. Kənddən sonuncu avtobus saat 5-də çıxır, mən də məcburam o vaxt çıxım, yoxsa qayıda bilmərəm. Taksi də 15-20 manata aparır. Cəmi 400 manat maaş alıram, o pulu ancaq taksiyə verə bilmərəm ki? Mən çıxandan sonra 17:30-da gəlib yoxlayıblar ki, işdə olmamısan. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadənin qəbulunda oldum, dedi ki, 2500 manat gətir, səni işdə saxlayım. Mən də sənədlərimi hazırlayıb banka getmək istəyirdim ki, kredit götürərək pulu verim, eşitdim məni işdən çıxarıb…”

Şikayətçinin sözlərinə görə, yeni sədr onunla yanaşı, qardaşını da işdən çıxarıb: “Ötən il noyabrın 25-i məni, dekabrın 30-u isə Neftçala Rayon 2 saylı kitabxananın direktoru işləyən qardaşım Rəşad Zeynalovu işdən çıxarıb. Dəfələrlə müraciət etmişəm, ərizə yazmışam, şikayətimə baxan yoxdur”.

Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət etdik. Sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın ittihamları əsassızdır: “Neftçala rayonunun Şorkənd kənd kitabxana filialının keçmiş əməkdaşı Gülmira Zeynalovanın Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadənin fəaliyyəti ilə bağlı irəli sürdüyü iddialar aidiyyəti üzrə araşdırılıb.

Məlumat üçün qeyd edək ki, Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən 2026-cı ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Mədəniyyət Nazirliyinə və digər dövlət qurumlarına eyniməzmunlu çoxsaylı müraciətlər ünvanlanıb, həmin müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılıb və nəticəsi barədə müəlliflərə rəsmi yazılı cavablar təqdim edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, Gülmira Zeynalova və Rəşad Zeynalov çalışdıqları dövrdə əmək intizamının pozulması halları ilə bağlı dəfələrlə intizam məsuliyyətinə cəlb edilib, nəticə etibarilə onlarla bağlanılmış əmək müqavilələrinə əmək qanunvericiliyinə uyğun olaraq xitam verilib. Bununla yanaşı, müraciətlərdə qeyd olunan pul tələbi və digər qanunazidd hərəkətlərlə bağlı hər hansı təsdiqləyici sübut təqdim edilməyib. Aparılmış araşdırma çərçivəsində aidiyyəti əməkdaşların izahatları alınıb, müraciətdə əks olunan iddialar öz təsdiqini tapmayıb”.

Nazirliyin açıqlamasında həmçinin qeyd olunub ki, hazırda Gülmira Zeynalova və Rəşad Zeynalov tərəfindən işə bərpa tələbi ilə bağlı qaldırılmış mülki iddialara Neftçala və Salyan rayon məhkəmələrində baxılır.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 May 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see434

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see327

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see325

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see304

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see298

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see284

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see282

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see272

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see253

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see237

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see232

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see215

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see214

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see205

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see199

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see195

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see191

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see191

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see186

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri