14 manata ət təklif etdik, qəssab almadı Fermerdən şikayət
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Rayonlarda cöngə ətinin topdansatış qiyməti 15, kəl ətinin 14, quzu ətinin isə 18 manata qapıda təklif olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında fermer Kərim Kərimli Bakıda mal ətinin bir kiloqramının 22 manata satılması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.
Fermerin sözlərinə görə, sentyabrın 23-də kəl ətinin bir kiloqramını 14 manata təklif etsə də, qəssablar bu qiymətlə razılaşmayıb:
"Biz təklif etdik, qəssab 14 manata almadı. Təsəvvür edin, bu halda 200 kiloqram ət verən heyvan qəssaba 1400 manatdan çox qazanc gətirir, amma kəndlidən heyvanı almırlar. Biz dərdimizi kimə və hara deyək? Bu, fürsətçilikdir. Qəssabların da xərcləri çoxdur, amma bu qədər də yox".
Kərim Kərimli bildirib ki, fermerlər heyvanı diri satmağa üstünlük verirlər:
"Onda da alverçi, yaxud qəssab heyvanın çəkisini az hesablayır. Yəni olduğundan təxminən 10-20 kiloqram az çəki deyir və belə alır. Bu da kəndlinin bir aylıq əziyyətinin boşa getməsi deməkdir. Min bir zülmlə heyvan saxla, onu da su qiymətinə sat".
Bahar Rüstəmli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 26 Sentyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















