14 saylı cəzaçəkmə müəssisəsində monitorinq keçirilib
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Konstitusiya” Araşdırmalar Fondu 14 saylı cəzaçəkmə müəssisəsində hüquqi maarifləndirmə tədbiri və monitorinq keçirib.
Modern.az xəbər verir ki, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının qorunması, cəza icra sahəsində şəffaflığın artırılması istiqamətində ictimaiyyətin iştirakının təmin olunması prioritet məsələlərdən biridir.
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Cəzaçəkmə müəssisələrinin monitorinqi” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən növbəti monitorinq və maarifləndirici tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində həyata keçirilib.
Əvvəlcə Fondun prezidenti Əliməmməd Nuriyev layihənin məqsədləri, fəaliyyət istiqamətləri və penitensiar müəssisələrdə hüquqi yardım və monitorinqin əhəmiyyəti haqqında geniş məlumat verib.
Daha sonra peşəkar hüquqşünas-ekspertlər tərəfindən 77 nəfər məhkum üçün amnistiya, əfvetmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutları və digər hüquqi mexanizmlər barədə çıxışlar və təqdimatlar edilib.
Keçirilən monitorinq zamanı müəssisədə saxlanma şəraiti, məhkumların hüquq və azadlıqların təmin olunması və digər məsələlərlə bağlı yerində baxış və qiymətləndirmə aparılıb. Eyni zamanda 38 məhkuma fərdi hüquqi yardım göstərilib, onları maraqlandıran suallar cavablandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 17 İyul 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















