14 yaşlı məktəbli qıza qarşı əxlaqsızlıq... Elə hadisələr baş verib ki...
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı S.Quluzadə həbs edilib.
Mia.az Qafqazinfo-ya istinadla xəbər verir ki, S.Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.
Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib.
İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb.
Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. S.Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu 14 yaşlı məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib.
Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək metronun “20 Yanvar” stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verib.
Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















