14 yaşlı qız üçün fövqəladə təhlükəsizlik tədbiri
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Almaniyanın Paderborn bölgəsində 14 yaşlı bir qız 50 psixiatriya klinikası tərəfindən qəbul edilməyib.
“Cebheinfo.az” xəbər verir ki, ölkə üzrə klinikalar onun həddindən artıq təhlükəli olduğunu əsas gətirərək müalicədən imtina ediblər. Bunun ardınca qızın müvəqqəti olaraq 24 saat nəzarət altında saxlanıla biləcəyi xüsusi konteynerə yerləşdirilməsi qərara alınıb. Aparılan araşdırmalara görə, yeniyetmə internet vasitəsilə radikallaşıb.
O, polis əməkdaşlarını öldürmək planları ilə bağlı yazışmalar aparıb və 14 yaşına çatmamış cinayət törətmək istədiyini açıq şəkildə ifadə edib. Çünki Almaniyada cinayət məsuliyyəti 14 yaşından sonra başlayır. Yay aylarında qız xüsusi nəzarət altında olan turistik obyektə yerləşdirilib, lakin o, buradan iki dəfə qaçıb. Qaçışlardan birində şüşə parçası ilə polisi hədələyib.
Avqust ayında isə Paderborndakı bir klinikada mətbəxdən götürdüyü bıçaqla tibb bacısına arxadan hücum edib. Nəticədə tibb işçisi ağır xəsarətlər alıb. Bu hadisədən sonra digər klinikalar da personalın təhlükəsizliyinə risk yarandığını əsas gətirərək qızı qəbul etməyəcəklərini bildiriblər.
Nəticədə Almaniyada uşaqların müdafiəsi və psixiatriya sistemi bu hadisə fonunda çıxılmaz vəziyyətə düşüb. Qeyd olunur ki, Almaniyada “radikallaşma” özlüyündə psixi xəstəlik sayılmır. Bu səbəbdən klinikalarda məcburi müalicə tətbiq etmək mümkün deyil. Digər tərəfdən, qız cinayətləri törədərkən 14 yaşından kiçik olduğu üçün həbs cəzası da tətbiq edilə bilmir.
Əfsanə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 22 Dekabr 2025 14:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















