14 yaşlı qızını ərə vermək istəyən ögey atası imiş... Yenilənib
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb.
Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Qeyd edilib ki, Tovuz Rayon Polis Şöbəsinə rayonun Yuxarı Öysüzlü kəndində 2011-ci il təvəllüdlü qızın toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.
Onlarla profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib və barələrində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə valideynlərdən biri 1 ay müddətinə inzibati qaydada həbs edilib.
***
Əldə etdiyimiz məlumata görə, bəy 1992-ci il təvəllüdlü olub, yəni qızdan 19 yaş böyük imiş.
***
APA-nın məlumatına görə, 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.
Saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.
Hazırda araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Dekabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















