144 illik inşaatın sonu: Dünyanın ən hündür kilsəsi tamamlanır
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur memar Antoni Qaudinin şah əsəri olan və Barselonada yerləşən Sagrada Familia (Müqəddəs Ailə) kilsəsində 1882-ci ildən bəri davam edən inşaat işlərində artıq son mərhələyə qədəm qoyulub. 144 ildir bitmək bilməyən bu möhtəşəm abidənin 2026-cı ildə tam hazır olacağı gözlənilir.
Milli.Az xəbər verir ki, kilsənin mərkəzi qülləsi olan "İsa Məsih qülləsi" tamamlandıqda, tikilinin hündürlüyü 172,5 metrə çatacaq. Bununla da Sagrada Familia, Almaniyadakı Ulm kilsəsini geridə qoyaraq dünyanın ən hündür kilsəsi ünvanını alacaq.
Tikintinin 2026-cı ildə başa çatdırılması planı təsadüfi deyil; bu tarix dahi memar Antoni Qaudinin vəfatının 100-cü ildönümünə təsadüf edir.
İnşaatın bu qədər uzanmasının səbəbi layihənin yalnız könüllü ianələr hesabına maliyyələşməsi, İspaniya Vətəndaş Müharibəsi zamanı planların zərər görməsi və Qaudinin mürəkkəb həndəsi dizaynlarının texnoloji cəhətdən icrasının çətinliyi olub.
Hazırda tikinti işləri ən müasir 3D çap texnologiyaları və kompüter dizaynları vasitəsilə sürətləndirilib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 23 Fevral 2026 08:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















