Icma.az
close
up
RU
“15 gündür suyun içindəyik, evimizi tərk etməli olmuşuq” Video

“15 gündür suyun içindəyik, evimizi tərk etməli olmuşuq” Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Mayın 17-dən bəri - on beş gündən çoxdur ki, küçəmiz suyun içindədir. Yüzlərlə həyəti su basıb, yaşamağa şərait olmadığına görə evimizi tərk etmək məcburiyyətində qalmışıq”.

Bu şikayətlə “Qafqazinfo”ya Masazır qəsəbəsinin Zərifə Əliyeva küçəsində yaşayan bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, məsələ barədə dövlət qurumlarına dəfələrlə bildirilsə də, problem həllini tapmayıb: “Dövlət qurumlarına müraciət etmişik. Gətirib motor qoyublar ki, suyu çəksinlər. Amma motor sayı bəs etmir deyə suyu çəkib qurtara bilmirlər. Hələ də həyətlərimiz suyun içərisindədir, dizdən yuxarıya qədər çəkmə olmadan evimizə girib-çıxa bilmirik. Həyətdə olan bütün əşyalarımız sıradan çıxıb, ağaclarımız məhv olub, evlərimizin bünövrəsi suyun altındadır...”

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki,  hazırda ərazidən suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir: “İntensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilir. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər var ki, orada mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. O cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq, müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir”.

Xidmətdən həmçinin qeyd edilib ki, hazırda Bakı şəhəri və Abşeron rayonu üzrə bir sıra genişmiyqaslı layihələr icra olunur. Xidmətin mərkəzləşmiş şəbəkəsi olmayan ərazilərdə infrastruktur qurulması məqsədilə bir sıra layihələr hazırlanıb və tikinti-quruculuq işləri aparılır.

Gülnar Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri